Lənkəranda ekoloji aksiya keçirilib
İyunun 12-də Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı ilə Lənkəran şəhərində Xəzər dənizi sahilində “Təmiz hövzə” ictimai aksiyası keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirinin müavinləri Firdovsi Əliyev və Rauf Hacıyev, şəhər İcra hakimiyyəti başçısının müavinləri Xalid Rəhimov, Vuqar Məmmədov, Kommunal müəssisələr idarəsinin, Yaşıllaşdırma Müəssisəsi, şəhər Mənzil Təsərrüfatı İdarəsi kollektivləri, ictimaiyyət nümayəndələri və könüllülərin ümumilikdə 200 nəfərin iştirak etdiyi aksiya zamanı Dövlət Bayrağı meydanından başlayaraq dəniz sahili boyu 10 km ərazidə təmizlik işləri aparılaraq rast gəlinən metal qırıntıları, məişət əşyaları, plastik qablar və digər tullantılar toplanıb aidiyyəti üzrə daşınıb.