BRİTANİYA SƏFİRİ LƏNKƏRANDA
Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Ceyms Şarp iyunun 3-də Lənkərana səfər edib.
Səfər çərçivəsində hörmətli qonağı Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qəbul edib. Qəbul zamanı T. Qaraşov qonağı rayonun tarixi, coğrafi mövqeyi, sosial-iqtisadi və mədəni inkişafı barədə məlumatlandırıb.
Səfir səmimi qəbula görə T.Qaraşova təşəkkürünü çatdırıb.
Daha sonra britaniyalı diplomat Lənkəran şəhər 6 saylı məktəb-liseydə “İngilis dili və resurs mərkəzi”nin müəllim və şagirdləri ilə görüşərək onlarla fikir mübadiləsi edib.
Lənkəranda səfərdə olduğu müddətdə cənab Ceyms Şarp şəhər və rayonun tarixi məkanlarına və görməli yerlərinə də baş çəkib.