Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

9 May - Qələbə Günü Lənkəranda qeyd olunub

10 may 2021 | 16:00

Mayın 9-da Lənkəran şəhərində alman faşizmi üzərində Qələbənin 76-cı ildönümü qeyd olunub. Bu münasibətlə Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri Heydər Əliyev Xatirə Parkındakı “Naməlum Əsgər” abidəsini ziyarət edərək önünə tər çiçəklər düzməklə ikinci Dünya müharibəsində həlak olmuş lənkəranlıların xatirəsini ehtiramla yad ediblər.
İcra başçısı T.Qaraşov və tədbir iştirakçıları daha sonra iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun adını daşıyan Xatirə Parkına baş çəkərək əfsanəvi qəhrəmanın abidəsi önünə gül dəstələri düzüblər.
  Bayram mərasimi Həzi Aslanovun Lənkəran şəhərindəki ev-muzeyində davam etdirilib. İcra başçısı və tədbir iştirakçıları ev-muzeyində sərgilənən eksponatlarla, qəhrəmanın həyat və döyüş yolunu əks etdirən foto sənədlərlə tanış olublar.
   Həmin gün mövcud pandemiya şəraitinin tələbləri nəzərə alınmaqla şəhər və rayonun ayrı-ayrı əmək kollektivlərində, mədəni-maarif müəssilərində alman faşizmi üzərində tarixi Qələbəyə dair onlayn konfranslar keçirilib, hərbi-vətənpərvərlik mövzusunda kitab sərgiləri, foto stendlər təşkil olunub.

Keçidlər