Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda daha bir qəzalı çoxmənzilli yaşayış binası yenidən tikilərək istifadəyə verilib

04 may 2021 | 16:00

Son illərdə ölkə prezidentinin müvafiq Sərəncamları ilə çoxmınzilli  binaların dam örtüyləri dəyişdirilərək yenidən qurulmuş, qəzalı vəziyyətdə olan 19 çoxmənzilli binada əsaslı bərpa-gücləndirmə və təmir işləri görülmüş, 1 qəzalı çoxmənzilli bina isə yaşayış üçün çox təhlükəli olduğundan sökülərək yerində yeni beşmərtəbəli, 2 girişli, 20 mənzilli bina inşa olunmuşdur. Yeni tikilən bina 5-i 5 otaqlı, 5-i 4 otaqlı, 5-i 3 otaqlı, 5-i isə 2 otaqlı olmaqla 20 mənzildən ibarətdir. Hər bir mənzilə elektrik, su sayğacları, eləcə də istilik sistemləri quraşdırılmış və mənzillərə seyf qapılar qoyulmuş, binanın həyətində yaşıllıq zolağı salınmış, binanın qarşısına isti asfalt örtüyü döşənərək ərazidə sakinlər üçün istirahət guşəsi yaradılmışdır. Tikintinin aparıldığı müddətdə binadan köçürülmüş ailələr dövlət hesabına kirayə mənzillərlə təmin olunmuş, onlara davamlı diqqət və qayğı göstərilmişdir.
Mayın 4-də hər cür şəraitə malik, yaraşıqlı mənzillərinə qayıdan sakinlər yeni binanın açılışını sevinc hissi qarşılamış və ölkə Prezidenti cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını ifadə ediblər. Yeni mənzillərə qayıdış münasibətilə keçirilən tədbirdə iştirak edən şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edib Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ardıcıl diqqəti  ilə Lənkəran rayonunun sosial-iqtisadi inkişafının davamlı şəkil aldığını, rayonun sosial-iqtisadi həyatının bütün sahələrində, genişmiqyaslı abadlıq-quruculuq işlərində əldə olunan nailiyyətlərin və həyata keçirilən iri maliyyə tutumlu investisiya layihələrinin icrasının, xüsusilə əhalinin mənzil-məişət şəraitinin durmadan yaxşılaşdırılması ilə bağlı tədbirlərin bunun parlaq sübutu olduğunu diqqətə çatdırıb. Tədbirin sonunda sakinlərə mənzillərin açarlarını təqdim edən İcra başçısı onları təbrik etmiş və  xoş arzularını çatdırmışdır.

Keçidlər