Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

YAPONİYA SƏFİRİ LƏNKƏRANDA

28 aprel 2021 | 16:00

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Cüniçi Vada aprelin 28-də cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb. İcra başçısı hörmətli qonağa Lənkəranın tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə ətraflı məlumat verib. Lənkəranda çayçılıq, çəltikçilik və sitrusçuluq kimi ənənəvi kənd təsərrüfatı sahələrinin  yüksək səviyyədə inkişaf etdiyini söyləyən T,Qaraşov rayonun həm də özünün qədim tarixi-memarlıq abidələri ilə məşhur olduğunu bildirib. 
        Görüş zamanı Yaponiya Hökumətinin qrant yardımı proqramı çərçivəsində ölkəmizdə, xüsusilə də Lənkəran rayonunda məktəb tikintisi, su xətti çəkilişi və digər sosial yönümlü layihələri barədə də söz açılıb. İcra başçısı vətəndaşların bu layihələrin icrasını müsbət qiymətləndirdiyini vurğulayaraq, belə humanitar tədbirlərin bundan sonra da davamlı xarakter daşıyacağına əminliyini ifadə edib.
        Yaponiya səfiri Cüniçi Vada ona göstərilən yüksək qonaqpərvərliyə, ölkəsinin ünvanına səslənən xoş sözlərə görə İcra başçısı T.Qaraşova minnətdarlığını bildirərək, səfərinin cənub bölgəsinin əsrarəngiz gözəllikləri, gəzməli, görməli yerləri və istehsal müəssisələri ilə daha yaxından tanış olmaq məqsədi daşıdığını diqqətə çatdırıb.
        Görüşdə birgə əməkdaşlığın perspektivləri barədə də fikir mübadiləsi aparılıb.
        Yaponiya səfiri Cüniçi Vada Lənkəranda olduğu müddətdə Heydər Əliyev Xatirə Parkına, Heydər Əliyev Mərkəzinə, Tarix Diyarşünaslıq Muzeyinə baş çəkib,  “Laran” MMC qənnadı fabrikində, Girdəni kəndindəki “Green East” MMC-nin çəltik sahələrində və çəltik emalı zavodunda, İstisu qəsəbəsindəki “Yaşıl Çay” fermer təsərrüfatının çay plantasiyasında iş prosesi ilə tanış olub, bu təsərrüfatın çay muzeyində çay dəstgahı süfrəsində ətirli Lənkəran çayından dadıb, habelə  Hirkan Milli Parkını, Bürcəli kəndindəki sitrus meyvə bağlarını gəzib, Hirkan-Daşdatük-Biləsər yolu ilə Xanbulançay gölünün mənzərəsini seyr edib.

Keçidlər