Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA SOYQIRIM QURBANLARININ XATİRƏSİ YAD OLUNUB

31 mart 2021 | 16:00

31 Mart-Azərbaycanlıların Soyqırım Günü münasibətilə Lənkəranda da  silsilə anım tədbirləri keçirilib. Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri səhər saatlarında azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsi şərəfinə şəhərin mərkəzində ucaldılmış abidə kompleksinə baş çəkərək qətlyam qurbanlarının xatirəsini ehtiramla yad etməklə önünə gül dəstələri düzüblər.
Həmin gün şəhər və rayonun ümümtəhsil məktəblərində ilk dərslər tarixə Mart qırğınları kimi düşmüş soyqırım hadisələrinə həsr olunub. Həmçinin ayrı-ayrı idarə və təşkilatların əmək kollektivləri tərəfindən onlayn qaydada konfranslar keçirilib, o dəhşətli faciənin yaddaşlardan heç vaxt silinməyəcəyi, daim xatırlanacağı dönə-dönə vurğulanıb.
Qeyd edək ki, anım tədbirləri mövcud karantin rejiminin tələblərinə əməl olunmaqla həyata keçirilib.

Keçidlər