Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Milli Qəhrəman anıldı

17 mart 2021 | 16:00

Düz 26 il öncə, 1995-ci ilin mart günlərində baş vermiş çevriliş cəhdinə qarşı mübarizədə həyatından keçmiş mərd Azərbaycan oğullarından biri də Əsgər Ələkbər oğlu Əliyev idi. Ölümündən sonra Azərbycanın Milli Qəhrəmanı adına layiq görülmüş Əsgər Əliyevin xatirəsi daim əziz tutulur. Hər il doğum və anım günləri qeyd olunur. Anadan olduğu Lənkəran rayonunda qəhəmanın abidəsi ucaldılıb.
     Bu dəfəki anım günü pandemiya dövrünə düşsə də, həmyerliləri karantin rejimi qaydalarına riayət etməklə qəhrəmanın adını ehtiramla yad ediblər. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri onun abidəsi önünə tər güllər düzüb, ölməz ruhu qarşısında baş əyiblər.
     Ali Ümumqoşun Komandirləri Məktəbinin kursantı olmuş 20 yaşlı Əsgər Əliyevin qısa, lakin şərəfli ömür yolundan bəhs edən icra hakimiyyətinin başçısı T.Qaraşov onun qəhrəmanlığının nəsillərə örnək olduğunu vurğulayıb, gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını qeyd edib. O bildirib ki, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan soydaşlarımızın arasında neçə-neçə lənkəranlı gəncin də olması burada qəhrəmanlıq ənənələrinin layiqincə davam etdirildiyini göstərir. Vətən naminə mübarizədə ölümün gözünə dik baxmış hər bir soydaşımızın adı bizim üçün əzizdir. İllər ötsə də, Əsgər kimi əbədi əsgərlərimizin hünəri şöhrət tariximizdə parlaq  nümunə olaraq qalacaq.
     Mərasimdə Milli Qəhrəmanın atası Ələkbər Əliyev çıxış edərək göstərilən diqqət və qayğıya görə ailəsi adından Lənkəran şəhər rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Keçidlər