Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞƏHƏR İCRA BAŞÇISI ONLAYN MÜŞAVİRƏ KEÇİRİB

11 mart 2021 | 16:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti onlayn video müşavirəsini şəhər, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri ilə keçirib.
  Müşavirədə İcra başçısı T.Qaraşov koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə 2021-ci il yanvarın 19-dan vaksinləşmə prosesinin başlandığını, səhiyyə işçilərindən sonra bu işin digər əhali qrupları arasında davam etdirildiyini, vaksinləşmə kampaniyasının uğurla başa çatdırılmasından ötrü ərazi icra nümayəndələrinin və bələdiyyə sədrlərinin də üzərinə məsuliyyətin düşdüyünü qeyd edib
  Müşavirə içtirakçılarına tapşırılıb ki, ictimai içlərə mühüm diqqət yetirməklə yazın gəlişi ilə əlaqədar kənd və qəsəbələrdə, şəhər ərazisində yaşıllaşdırma işlərinə diqqət artırılsın. Yol kənarlarında həmişəyaşıl ağac və gül kollarının, əkini təmin edilsin, səki və bardürlərdə səliqə-səhman işləri görülsün.
    İcra nümayəndələrinə və bələdiyyə sədrlərinə şəhid ailələrinə, əsgərlərə, qazilərə, həmçinin evdə müalicə alan yaralı qazilərə xüsusi qayğı ilə yanaşmaları, onların problemləri ilə maraqlanmaları barədə ciddi tapşırıqlar verilib.
Müşavirədə erkən nikah probleminə toxunan İcra başçısı T.Qaraşov bu məsələnin müntəzəm diqqətdə saxlanılmasının vacibliyini önə çəkərək erkən nikahın qanunazid və yolverilməz olduğunu bir daha İcra nümayəndələrinin diqqətinə çatdırıb.
     Sonda İcra başçısı inzibati ərazi dairəsi üzrə nümayəndəri və bələdiyyə sədrlərini dinləyərək onlardan yerlərdəki vəziyyət barədə məlumatlar alıb, aidiyyatı üzrə tapşırıqlarını verib.

Keçidlər