Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İCRA BAŞÇISININ LƏJ KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ KEÇİRİLDİ

28 dekabr 2012 | 16:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar-qəbul görüşünü dekabrın 27-də Ləj kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Görüşü giriş sözü ilə açan Ləj inzibati ərazi dairəsinin nümayəndəsi Bayram Cəfərov qeyd etdi ki, nümayəndəlik 2 aprel 2012-ci il tarixdə yaradılmışdır. Ərazisi 247 hektar, təsərrüfatların sayı 465, əhalinin sayı 1821 nəfərdir.
Haftoni bələdiyyəsinin sədri Rövşən Zeynalov ərazidə aparılan abadlıq və səliqə-səhman işləri barədə məlumat verdi.
Sonra Milli Qəhrəman atası Ələkbər Əliyev əraziyə təbii qazın verilməsi təklifini irəli sürdü.
Ağsaqqal Nizami Cəfərov kəndin mərkəzi yolunun asfaltlaşdırılmasının vacibliyini vurğuladı.
Ağsaqqal Salman Qasımov Ləj kənd tam orta məktəbinin idman zalının olmadığını İcra başçısının diqqətinə çatdırdı, kəndin bir hissəsində drenaj kanalların qazılmasının zəruriliyini söylədi.
Ağsaqqal Balaşirin Qurbanov kənddə elektrik dirəklərinin və naqillərinin köhnə olduğunu diqqətə çatdırdı.
Görüşü yekunlaşdıran Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə sakinləri təbrik etdi, onlara ən səmimi arzularını çatdırdı.
İcra başçısı əlavə etdi ki, 2012-ci ildə Azərbaycan dövləti daha da möhkəmlənmiş, dünya ölkələri arasında özünə layiqli yer tutmuşdur. Respublikamızda əldə olunmuş dinamik inkişaf dünyanın çox az ölkəsində mövcuddur. Dünyanın əksər aparıcı dövlətlərini bürümüş iqtisadi böhran Azərbaycandan yan keçir. Bu, cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticələridir.
Taleh Qaraşov sosial-iqtisadi inkişafın Azərbaycan modeli haqqında danışdı, 2013-cü ildə əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi istiqamətində yeni layihələrin və proqramların həyata keçiriləcəyini söylədi.
Azərbaycanın müstəqillik dövrünü yaşadığı 21 il ərzində iqtisadiyyatımızın dirçəldilməsi üçün çoxsaylı tədbirlərin həyata keçirildiyini, qeyri-neft sektorunun inkişafına mühüm önəm verildiyini vurğulayan Taleh Qaraşov vaxtilə “ümumittifaq bostanı” adlandırılan Lənkəranın kənd təsərrüfatını inkişaf etdirmək istiqamətində kəndlinin torpağa bağlılığını bərpa etmək istiqamətində lazımi tədbirlərdən danışdı.
İcra başçısı sonda 2013-cü ildə keçiriləcək prezident seçkilərində ərazidə yaşayan sakinlərin möhtərəm İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərinə inamını vurğuladı, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamına səs verəcəklərini bildirdi, insanların ölkə başçısına olan böyük inam və ümidlərindən söz açdı.
Taleh Qaraşov sonda bugünkü görüşdə qaldırılan təkliflərin qısa zaman kəsiyində yerinə yetiriləcəyini söylədi.
 

Keçidlər