Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA İCRA BAŞÇISI VƏ RAYON PROKURORU COVİD-19 ƏLEYHİNƏ PEYVƏND OLUNUBLAR

18 fevral 2021 | 16:00

Ölkəmizin bütün regionlarında olduğu kimi, Lənkəranda da Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.
Bir neçə gündür ki, rayonda yaşı 50-dən yuxarı olan şəxslərin vaksinasiya prosesinə start verilib.
       Vaksinasiya prosesinin gedişi ilə maraqlanan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov fevralın 18-də Mərkəzi Rayon Xəstəxanasına gələrək burada yaradılmış şəraitlə tanış olub.
        İcra başçısına məlumat verilib ki, əhalinin COVID-19-a qarşı vaksinasiya prosesinin yüksək mütəşəkkilliklə aparılması üçün xəstəxanada bütün zəruri tədbirlər görülüb,  bu məqsədlə ayrılmış xüsusi otaqlar TƏBİB-in təlimatlarına uyğun zəruri avadanlıqlarla təchiz edilib.
          Daha sonra əhali ilə səmimi söhbət edən İcra başçısı ölkədə pandemiya ilə mübarizə sahəsində görülümüş işlərin cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın də nəzarətində  olduğunu, hər bir vətəndaşın sağlamlığının ölkə üçün prioriret təşkil etdiyini bildirib.
          İcra başçısı pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib mərhələ olduğunu qeyd edərək, bu ümumrayon kampaniyasında  hər bir vətəndaşı məsuliyyətli olmağa çağırıb.
         Vaksin olunan vətəndaşlar koronavirus əleyhinə vaksinin ölkəyə gətirilməsini və əhalinin müxtəlif qrupları üçün əlçatatanlığını təmin etdiyinə görə ölkə başçısı cənab İlham Əlievə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
          Daha sonra İcra başçısı Taleh Qaraşov və rayon prokuroru Taryel Ələkbərov xəstəxanada tibb işçilərinin nəzarəti altında COVİD-19 əleyhinə peyvənd olunublar.
Qeyd edək ki, indiyədək rayon üzrə 3000-dən çox vətəndaş COVİD-19 əleyhinə peyvənd olunub.

Keçidlər