Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANIN GƏGİRAN KƏNDİNDƏ 264 ŞAGİRD YERLİK YENİ MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLİB

02 fevral 2021 | 16:00

Fevralın 1-də Lənkəran rayonunun  ucqar dağlıq ərazisində yerləşən Gəgiran kənd tam orta məktəbi üçün tikilmiş 264 yerlik yeni tədris binası istifadəyə verilib.  Xüsusi karantin qaydalarına riayət edilməklə keçirilən açılış mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri, yerli icra strukturlarının nümayəndələri, ictimaiyyət nümayəndələri, kənd sakinləri və ağsaqqallar, həmçinin məktəbin müəllim və şagird kollektivləri iştirak ediblər.
   Açılışdan əvvəl İcra başçısı kənd qəbirstanlığına baş çəkərək torpaqlarımızın azadlığı uğrundan canlarından keçmiş şəhidlərə ehtiramını ifadə etmiş, ruhlarına dualar oxumuşdur.
    Məktəbin açılışını bildirən qırmızı lent kəsildikdən sonra ümumtəhsil müəssisəsində yaradılmış şəraitlə tanışlıq olub.
   Daha sonra İcra başçısı T.Qaraşov övladları Vətən müharibəsində şəhid olmuş kənd sakinləri ilə görüşərək onların dərdinə şərik çıxıb, qayğıları ilə maraqlanıb. Söhbət əsnasında hər bir şəhid ailəsinin arzu və diləkləri həssaslıqla dinlənilərək, mümkün olan köməkliyin göstəriləcəyi bildirilib.

Keçidlər