LƏNKƏRANDA ŞƏHİDLƏRİN XATİRƏSİ ANILIB
Bu gün saat 12.00 radələrində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən ölkənin bütün ərazilərində olduğu kimi Lənkəranda da Vətən müharibəsində şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər və rayonun bütün ərazilərində, prospekt və küçələrdə, xiyabanlarda sakinlərin və nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, avtomobillər siqnal verib.
Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq, Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatları həyata keçirib. 44 gün davam edən müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb və 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlar azad edilib.