Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

DAHA İKİ KƏNDƏ TƏBİİ QAZ VERİLDİ

25 dekabr 2012 | 16:00

Dekabrın 24-də Lənkəran rayonunun daha iki kəndinə təbii qaz verildi.

BALA ŞÜRÜK KƏNDİNDƏ

20 illik fasilədən sonra Bala Şürük kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən təntənəli mərasimdə Kosalar inzibati ərazi dairəsinin nümayəndəsi Habil Məmmədov, Bala Şürük kənd sakinlərindən Nailə Əsgərova, Təyyub Rzayev və Fərrux Hüseynov çıxış edərək sevinclərini ifadə etdilər.
Bu gün əraziyə təbii qazın verilməsi əlamətdar günə təsadüf edir. Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür. Bu münasibətlə bütün kənd sakinləri möhtərəm dövlət başçımızı səmimi qəlbdən təbrik etdilər, ona möhkəm cansağlığı arzuladılar.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov əlamətdar gün –doğum günü münasibətilə bütün lənkəranlılar adından möhtərəm İlham Əliyevi təbrik etdi, Azərbaycanın daha da çiçəklənməsi naminə gördüyü işlərdə ona yeni-yeni uğurlar arzuladı.
İcra başçısı 2012-ci ildə Azərbaycanın bütün bölgələrində yeni layihələrin və proqramların həyata keçirildiyini, insan amili faktorunun xüsusi önəm kəsb etdiyini, qeyri-neft sektorunun inkişafına mühüm əhəmiyyət verildiyini, cari ilin lənkəranlılar üçün də yaddaqalan olduğunu, yeni ildə görülmüş işlərin sürətlə davam etdiriləcəyini əminliklə vurğuladı.
Taleh Qaraşov sonda “mavi alov”un açılışını bildirən rəmzi məşəli alovlandırdı.

***
TÜTƏPEŞTƏ KƏNDİNDƏ

Mərasimdə Şürük inzibati ərazi dairəsinin nümayəndəsi Asif Ağayev, kənd sakinlərindən Baba Babayev, Nəriman Əliyev və Gülnar Salayeva çıxışlarında ilk növbədə möhtərəm Prezidentimizi doğum günü münasibətilə təbrik etdilər, təbii qazın açılışı ilə əlaqədar sevinclərini bölüşdülər.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov təbrik nitqində bildirdi ki, bu gün bayram bayrama, sevinc sevincə qarışıb. Cənab Prezidentin ad günündə əraziyə təbii qazın verilməsi hər birimizə ən böyük hədiyyədir.
İcra başçısı daha sonra yola saldığımız ildə ölkəmizdə, o cümlədən, Lənkəranda baş verən mühüm hadisələrdən söhbət açdı, 2013-cü ildə qarşıda duran vəzifələrdən danışdı, yeni ildə Tütəpeştə kənd məktəbi üçün yeni binanın sentyabr ayında istifadəyə veriləcəyini əminliklə söylədi və bütün lənkəranlıları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi.
Taleh Qaraşov sonda “mavi alov”un açılışını bildirən rəmzi məşəli alovlandırdı.

 

Keçidlər