Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

“Uşaqlar zərərli vərdişlərdən necə mühafizə olunmalıdir ”

25 dekabr 2012 | 16:00

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası şəhər təhsil şöbəsi ilə birlikdə 24 dekabr 2012-ci il tarixində İstisu qəsəbə tam orta məktəbində “Uşaqlar zərərli vərdişlərdən necə mühafizə olunmalıdır” mövzusunda yuxarı sinif şagirdləri ilə diskussiya keçirmişdir.
Tədbiri giriş sözü ilə İstisu qəsəbə tam orta məktəbinin direktoru Yusif Ağayev acaraq, məktəblilərin zərərli vərdişlərdən mühafizə edilməsi ilə bağlı təhsil müəssisəsində görülən işlər barədə ətraflı məlumatlar verdi. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının böyük-məsləhətçisi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Emin Quliyev də uşaqların zərərli vərdişlərə aludə olması və bu insan həyatı üçün təhlükəli olduğunu qeyd etdi. Diskussiya zamanı müəllimlər və şagirdlər belə tədbirlərin mütəmadi keçirilməsinin zəruri olduğunu və məktəblilərin sağlam mühitə adaptasiya olunmasına yardımçı olacağını bildirdilər. Tədbir iştirakçılarını maraqlandıran bütün suallara ətraflı cavablar verildikdən sonra, Şəhər İcra Hakimiyyəti başçısı aparatının böyük-məsləhətçisi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Emin Quliyev tədbirin keçirilməsində əməyi olan bütün insanlar təşəkkür edərək tədbiri yekunlaşdırmışdır.
 

Keçidlər