Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda şəhid ailələrinə yeni mənzillər verildi

10 sentyabr 2020 | 16:00

Sentyabrın 9-da Lənkəranda bir qrup şəhid ailəsinə və Qarabağ müharibəsi əlilinə Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə tikilmiş 14 fərdi yaşayış evinin açarları təqdim olunub. Bu münasibətlə keçirilən tədbirdə Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Xalid Rəhimov iştirak edib.
       Tədbirdə çıxış edən V.Behbudov cənab Prezident İlham Əliyevin ölkədə sosial sahəyə xüsusi qayğı göstərdiyini vurğulayaraq şəhid ailələrinə və Qarabağ müharibəsi ələllərinə yeni mənzillərin  verilməsini də bu əvəzsiz qayğının parlaq nümunəsi kimi  dəyərləndirib. Natiq çıxışında ölkə əhalisinin həssas qrupları ilə bağlı sosial müdafiə proqramlarının ildən-ilə genişləndiyini qeyd edərək 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626, ötən il isə 934 mənzilin və fərdi evin verildiyini, 2020-ci ildə isə cənab Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi evin veriləcəyinin nəzərdə tutulduğunu söyləyib. Bu il Lənkəran rayonunda təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan 568 mənzil və fərdi evin artıq sahiblərinə təqdim olunduğunu (o cümlədən 554 mənzil, 14 fərdi ev), digər mənzillərin və fərdi evlərin də ilin sonunadək istifadəyə veriləcəyini diqqətə çatdırıb.
       Tədbirdə çıxış edən Lənkəran ŞİH başçısının müavini Xalid Rəhimov Lənkəran rayonunda yaşayan şəhid ailələri və Qarabağ müharibəsi ələllərinə göstərilən əvəzsiz diqqətə və qayğıya görə  ölkə  prezidenti cənab İlham Əliyevə və  Birinci vitse-prezident  Mehriban xanım Əliyevaya minnətdarlığını çatdıraraq yeni mənzil alan şəhid ailə üzvlərini və Qarabağ müharibəsi əlillərini təbrik edib, onlara firavan və sağlam həyat arzulayıb.

Keçidlər