Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın İcra başçısı Göyşaban kəndində sakinləri düşündürən məsələlərlə maraqlanıb

31 avqust 2020 | 16:00

Ölkə prezidentinin tövsiyyə və tapşırıqlarını əldə rəhbər tutan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yerlərdə vətəndaşların problem və qayğıları ilə şəxsən tanış olmaqdan ötrü rayonun ayrı-ayrı yaşayış məntəqələrində sakinlərlə görüşlərini davam etdirir. İcra başçısı Taleh Qaraşov Göyşaban kəndində olub ərazinin sosial-iqtisadi inkişafı sahəsində görülən işlərlə və sakinləri düşündürən məsələlərlə maraqlanıb. İcra başçısını razılıq hissi ilə qarşıyan sakinlər ərazidə həyata keçirilən abadlıq və mədəni quruculuq işlərinə görə məmnun olduqlarını ifadə ediblər. Son vaxtlar rayonun hər yerində olduğu kimi Göyşaban kənd inzibati ərazi dairəsində də abadlıq-quruculuq işləri geniş vüsət alıb, kəndara yolları cari təmir edilib, yol mənzərəsi yaratmaq məqsədilə hörülmüş divarların qopmuş ağ layları, piyada səkiləri bərpa olunub, həyət barıları və hasarlar suvaqlanaraq yenidən rənglənib, ərazi fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz və telefon rabitəsi ilə təchiz olunur.  İcra başçısı ilə söhbət zamanı sakinlər bütün bunlara görə dövlət başçısına minnətdarlıq ünvanlayıblar. Vətəndaşların məmnunluğundan razı qaldığını bildirən İcra başçısı onların istək və arzularının bundan sonra da diqqətə alınacağını, bütün problem məsələlərinin həllindən ötrü lazımi tədbirlərin görüləcəyini xüsusi vurğulamış və koronavirus epidemiyası ilə əlaqədar onları heç vaxtı arxayınlaşmamağa, qaydalara riayət etməyə, tibbi maska və qoruyucu vasitələrdən müntəzəm istifadə etməyə səsləyib.

Keçidlər