Lənkəranın İcra başçısı kəndlərdə asfatlanma işləri ilə tanış olub
Lənkəran rayonunun 16 kəndində aparılan asfaltlanma işləri artıq Kərgəlan, Lüvəsər və Bəlləbur kəndlərini birləşdirən hissədə də uğurla başa çatdırılıb. Yollar ağır texnika vasitəsilə genişləndirilərək ən müasir tələblər səviyyəsində asfaltlanıb, köhnəlib sıradan çıxmış suötürücü kanallar əsaslı şəkildə təmir olunaraq yenidən qurulub və yollar boyunca abadlıq-təmizlik işləri görülüb, avtobus dayanacaqları quraşdırılıb, sıradan çıxmış elektrik və rabitə dirəkləri yenisi ilə əvəz olunub. Asfaltlanma işlərini daim diqqətdə saxlayan Lənkəran ŞİH başçısı Taleh Qaraşov avqustun 20-də əraziyə baş çəkərək görülən işlərlə yerindəcə tanış olmuş və sakinlərlə görüşüb söhbət edərək qayğıları ilə maraqlanmışdır. Söhbət zamanı vətəndaşlar asfaltlanma işlərindən razılıqlarını bildirmiş və ölkə Prezidenti cənab İlham Əliyevin ünvanına minnətdarlıqlarını ifadə ediblər. Kənd sakinlərinin görülən işlərlə bağlı razılıqlarını yüksək dəyərləndirən İcra başçısı dövlətin davamlı diqqəti və qayğısı ilə rayonun sosial-iqtisadi inkişafı və vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı layihələrin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırmaqla yanaşı koronavirus epidemiyası ilə bağlı rayonda həyata keçirilən kompleks tədbirlərdən də danışaraq daim ayıq-sayıq olmağı, arxayınlaşmamağı, tibbi maskalardan, qoruyucu vasitələrdən istifadə etməyi, təmas zamanı sosial məsafə saxlamağa ciddi şəkildə riayət etməyi tövsiyyə edib.