Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın İcra başçısı sitrus bağlarında olub

08 avqust 2020 | 16:00

Ölkə Prezidenti tərəfindən təsdiq olunmuş regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası istiqamətində Lənkəran rayonunda həyata keçirilən tədbirlər sırasında kənd təsərrüfatı işləri üstünlük təşkil edir. Məhz cənab Prezident İlham Əliyevin davamlı diqqəti və qayğısı ilə ötən dövr ərzində rayonda aqrar sahədə köklü müsbət dəyişiliklərə yol açan iri investisiya layihələri icra olunmuş, əkin sahələri genişləndirilərək məhsul istehsalı artmış, kəndlərdə yeni iş yerləri açılmış, ən əsası kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlirləri dəfələrlə çoxalmışdır. Bu inkişafın bəhrələri xüsusilə çayçılıq, çəltikçilik və sitrusçuluq sahəsində özünü daha çox göstərmişdir. Ölkə Prezidentinin təşəbbüsü ilə Lənkəranda keçirilmiş çayçılıq, çəltikçilik və sitrusçuluğun inkişafı məsələlərinə dair müşavirənin və müşavirədən sonra sözügedən sahələrin inkişafı ilə bağlı qəbul edilən Dövlət Proqramlarının icrası istiqamətində görülən işlərin nəticələri bu gəlirli sahələrin gələcək inkişafı üçün yeni perspektivlər açmışdır. Şəhər İcra hakimiyyətinin dəstəyi ilə rayonda sahibkarlığın inkişafına göstərilən diqqət, iş adamları üçün yaradılan əlverişli biznes mühiti və təbii ehtiyatlar yerli sahibkarlarla yanaşı xarici investorların da diqqətini cəlb etmiş, nəticədə çayçılıq və çəltikçiliklə yanaşı sitrusçuluğun inkişafına da investisiya qoyuluşuna güclü təkan vermişdir. Bu sahədə görülən uğurlu layihələrdən biri də Lənkəran rayonunun Separadi kəndində yeni salınan və 7 may 2018-ci il tarixdə Lənkəran ŞİH başçısı Taleh Qaraşovun, rayonun kənd təsərrüfatına aid təşkilatlarının rəhbər işçilərinin və mütəxəssislərinin, fermer təsərrüfatlarının və ictimaiyyətin nümayəndələrinin iştiraki ilə ilk baxışı keçirilmiş “Lend fruit” sitrus təsərrüfatıdır. Ölkə Prezidenti cənab İlham Əliyevin yerli iqtisadi sahələrə özəl investisiyaların cəlbi ilə bağlı verdiyi tapşırıqların icrası ilə əlaqədar Lənkəran Şəhər İcra Hakimiyyətinin həyata keçirdiyi   təxirəsalınmaz tədbirlərdən həvəslənən iş adamı Azər Qurbanov tərəfindən rayonun Separadi kəndi ərazisində istifadəsiz qalmış torpaq sahəsində ümumi həcmi 10,7 milyon manat olan layihə çərçivəsində limon, mandarin və greypfrut bitkilərindən ibarət sitrus plantasiyası  salınmışdır.  Plantasiyada Türkiyədən gətirilmiş 135 min ədəd ting əkilmiş, damcı üsulu ilə işləyən suvarma sistemi və  ölkədə ilk dəfə olaraq qış mövsümündə sitrus plantasiyası ərazisində şaxtanı 10 dərəcə aşağı salacaq, dəyəri 2 milyon 200 min dollar olan  “Donqoruyan Pərvanə” (“Frost Guard”) tipli xüsusi avadanlıq quraşdırılmışdır. Bundan əlavə şirkət rayonun Şağlaser kəndində özünə məxsus torpaq sahəsində Türkiyə Respublikasından gətirilmiş məsuldar qoz tinglərindən ibarət 4 hektarda bağ salmışdır. Hazırda təsərrüfatda 120 nəfər yerli sakin çalışır. Avqustun 6-da Lənkəran ŞİH başçısı Taleh Qaraşov təsərrüfata baş çəkib, iş adamı və fəhlələrlə görüşüb söhbət etmiş və təşərrüfatda işlərin gedişi ilə maraqlanmışdır.  İcra başçısına plantasiyalarda həyata keçirilən mövsumu işlər və qayğılar barədə ətraflı məlumatlar verilmişdir.

Keçidlər