Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran şəhər 3 saylı orta məktəbində “Xəmsə” Milli İntellektual yarışı keçirilmişdir

22 dekabr 2012 | 16:00

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.3 bəndinə əsasən gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı məqsədi ilə 19 dekabr 2012-ci il tarixdə Lənkəran şəhər 3 saylı orta ümumtəhsil məktəbində “Xəmsə” Milli İntellektual oyunu üzrə yarış keçirilmişdir.
Təşkil olunmuş iki mərhələdən ibarət yarışda 3 saylı məktəbin sinif komandaları iştirak etmişdir. Birinci mərhələ seçim xarakterli olmuşdur. Xəmsə formatında təşkil olumuş ikinci mərhələyə yüksək nəticə göstərmiş “ARMADA”, “VİP”, “ALLİANCE” və “STORM” komandaları vəsiqə qazanmışdır.
Yarışda “ARMADA” komandası qalib gələrək birinci yerə layiq görüldü. “ALLİANCE” komandası 2-ci yeri, “VİP” komandası 3-cü yeri tutdular. Qaliblərə Gənclər və İdman idarəsi tərəfindən diplomlar və qiymətli hədiyyələr təqdim olundu.

 

Keçidlər