Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İcra başçısı Separadi kəndindən keçən Ulumçayda sahilbərkitmə işlərinin gedişi ilə tanış olub

07 avqust 2020 | 16:00

     Avqustun 6-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov rayonun Separadi kəndi ərazisindən keçən Ulumçayda sahilbərkitmə işlərinin gedişi ilə tanış olub.
      Tikintini aparan “Lənkəran Su Tikinti” (LST) MMC-nin direktoru Həsənağa Ələkbərov icra başçısına məlumat verərək bildirib ki, burada təmir-bərpa işlərinə cari ilin mart ayından başlanılıb.
     Qeyd olunub ki, daşqınlar nəticəsində çayın istinad divarları aşınmaya məruz qaldığından ətraf yaşayış məntəqələri sel suları təhlükəsi ilə üzləşib. Şəhər İcra Hakimiyyətinin biləvasitə müraciəti ilə hökumət tərəfindən çayda sahilbərkitmə işlərinin aparılmasına lazımi vəsait ayrılıb.
      Tikinti briqadasının səyləri nəticəsində obyektdə indiyədək 520 metr məsafədə hündürlüyü 7 metrlik dəmir-beton mühafizə divarları olmaqla təmir-bərkitmə işləri yekunlaşdırılıb.  Tikintinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.
     İcra başçısı T.Qaraşov mövcud pandemiya dövründə ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edən belə bir işin vaxtında icra olunmasından məmnun qaldığını bildirərək inşaatçılara təşəkkürünü çatdırıb və eyni zamanda  inşaat  işlərinin bundan sonra da yüksək səviyyədə davam etdirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verib.
      Kənd ağsaqqalları və ziyalıları onları sel təhlükəsindən  xilas etdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevə, ŞİH-nin rəhbərliyinə minnətdarlıqlarını çatdıraraq dövlət siyasətini ürəkdən bəyəndiklərini, xüsusilə ölkədə koronavirus pandemiyası ilə mübarizə məqsədilə həyata keçirilən məqsədyönlü tədbirləri təqdir etdiklərini bildiriblər.

Keçidlər