Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın kəndlərində yolların asfaltlaşması sürətlə davam edir

25 iyul 2020 | 16:00

Artıq məlumat verildiyi kimi Prezident İlham Əliyevin davamlı diqqəti sayəsində Lənkəranda çox mühüm sosial əhəmiyyətli yol layihələri həyata keçirilir. Son bir neçə ildə rayonda reallaşdırılmış 7 iri maliyyə tutumlu yol layihəsindən sonra koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq növbəti yol layihəsinin icrasına başlanılıb. Layihəyə əsasən rayonun 39 mindən çox əhali yaşayan 16 kəndində ümumi uzunluğu 38 km olan yol sahəsi başdanbaşa asfaltlanacaq, yollar boyunca abaqlıq, səliqə-səhman işləri görüləcəkdir. Artıq rayonun dənizsahili ərazisindən başlanmış asfaltlanma işləri Sutəmurdov və Velədi kəndlərini keçmişdir. Asfaltlanma işlərini daim diqqət mərkəzində saxlayan Lənkəran ŞİH başçısı iyulun 25-də Velədi kəndində olub görülən işlərlə yerindəcə tanış olmuş və sakinlərlə təmas məsafəsində fərdi söhbət aparmışdır. Söhbət zamanı sakinlər cənab Prezidentin ölkə vətəndaşlarından qayğısını əsirgəmədiyini, həmişə xalqa xidmət etdiyini, kəndlərarası yollarının da yüksək səviyyədə asfaltlanmasının bunun əyani sübutu olduğunu bildirərək ona minnətdarlıqlarını ifadə ediblər. Yol inşaatçıları ilə söhbət zamanı İcra başçısına asfaltlanma işlərinin sürətlə getdiyi və vaxtında başa çatdırılacağı barədə məlumat verilmişdir.

Keçidlər