Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

“Hər bir uşaq öz hüquqlarını bilməlidir”

19 dekabr 2012 | 16:00

Uşaq hüquqlarının müdafiəsi ilə bağlı hazırlanmış tədbirlər planının icrası istiqamətində Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası yetkinlik yaşına çatmayanlar arasında sil-silə tədbirlər həyata keçirir. Komissiya şəhər təhsil şöbəsi ilə birlikdə 19 dekabr 2012-ci il tarixində Gərmətük qəsəbə tam orta məktəbinin akt zalında yuxarı sinif şagirdlər ilə “Hər bir uşaq öz hüquqlarını bilməlidir” mövzusunda növbəti tədbirini keçirmişdir.
Tədbiri giriş sözü ilə Gərmətük qəsəbə tam orta məktəbin direktoru Beytulla Cəfərov acaraq, Ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamını xatırladaraq Ulu Öndərin hakimiyyətə gəldiyi ilk vaxtlardan böyük diqqət verdiyi sahələrdən birinin məhz təhsil olduğunu xüsusi qeyd etdi. Natiq tədbirin məqsədi barədə iştirakçılara məlumat verdikdən sonra, söz Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının böyük-məsləhətçisi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Emin Quliyevə verildi. O, çıxışında qeyd etmişdir ki, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə insan hüquqlarının və xüsusən uşaq hüquqlarının müdafiəsinə önəm verilmişdir. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycanda beynəlxalq konvensiyalara söykənən hüquqi institusional baza yaradılmışdır. Qəbul edilmiş qanunlar cəmiyyətimizin bir hissəsi kimi uşaqlara dövlət qayğısını artırmış və onların dövrün tələblərinə uyğun təhsil alması, beynəlxalq aləmdə yüksək səviyyədə təmsil olunması üçün zəmin yaratmışdır. Məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyəvi təşkilatçısı Nailə Əskərova məktəblilərin təhsilə cəlb edilməsi və çətin tərbiyə olunan uşaqlarla aparılan profilaktiki işlər barədə məlumat verdi. Diskussiya zamanı şagirdləri maraqlandıran bütün suallara ətraflı cavablar verildikdən sonra, Şəhər İcra Hakimiyyəti başçısı aparatının böyük-məsləhətçisi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Emin Quliyev tədbirin keçirilməsində əməyi olan bütün insanlar təşəkkür edərək tədbiri yekunlaşdırmışdır.
 

Keçidlər