Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda təhsil müəssisələrinin təmir-tikinti işləri geniş vüsət alıb

25 iyun 2020 | 16:00

Xalqın uğurlu gələcəyinin təminatçısı olan təhsilin maddi-texniki bazasının gücləndirilməsinə Lənkəranda geniş diqqət yetirilir. Ölkə Prezidentinin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından diqqəti və qayğısı ilə son illərdə rayonda ümumilikdə 50-dək məktəb üçün yeni binalar tikilib, təmir-bərpa işləri aparılıb. İlk növbədə vətəndaşların çoxsaylı xahişləri və çətin təbii şəraitə malik dağlıq ərazilər də nəzərə alınaraq köhnə, yöndəmsiz binalarda yerləşən, qəzalı vəziyyətdə olan 45 məktəb üçün ən müasir tələblərə cavab verən yeni binaların tikilib istifadəyə verilməsi on minlərlərə valideynə, müəllimə, şagirdə sonsuz sevinc hissi, məmnunluq bəxş edib.  Bu dövrdə Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində rayonda yeni təhsil ocaqlarının tikintisi, təmiri və lazımi avadanlıqlarla təmin edilməsi sahəsində xeyli işlər görülüb.  Fondun təşəbbüsü ilə rayonda 2824 şagird yerlik 9 məktəb binası inşa edilərək istifadəyə verilib, O. Mirzəyev adına şəhər qarışıq tipli uşaq evi və inteqrasiya təlimli internat tipli gimnaziya isə əsaslı təmir olunub.
Hazırda Fondun vəsaiti hesabına daha 3 məktəb, 632 şagird yerlik Haftoni, 420 şagird yerlik Nərimanabad  qəsəbə və 360 şagird yerlik Viravul kənd 2 nömrəli tam orta məktəbləri üçün tikilən binalarda son tamamlama işləri görülür. Hər üç məktəbin yaxın vaxtlarda istifadəyə veriləcəyi nəzərdə tutulur.
Bunlardan başqa dövlət vəsaiti hesabına rayonun Gəgiran kəndində 260 şagird yerlik yeni məktəb binası tikilir. Bu günlərdə şəhərdə 1076 şagird yerlik 7 nömrəli və  640 şagird yerlik Zövlə kənd tam orta məktəbində  də əsaslı təmir-bərpa işlərinə start verilib. Məktəblərin tikinti və təmir-bərpa işlərinin vaxtında başa çatdırılmasından ötrü bütün zəruri tədbirlər görülür.

Keçidlər