Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA QAR YAĞDI

17 dekabr 2012 | 16:00

Son günlər respublikamızın ərazisində havalar kəskin şəkildə soyumuşdur. Nəticədə dekabrın 15-də ölkəmizdə qar yağmışdır. Dekabrın 15-dən 16-na keçən gecə Lənkəran rayonu da “ağ örpəy”ə büründü.Dekabrın 16-da səhər saatlarından başlayaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası rayon ərazisində mövcud avtomobil yollarının ağır texnikanın köməyi ilə təmizlənməsi üçün operativ tədbirlər başladı. İlk növbədə Bakı-Astara magistral yolu boyunca ağır texnikanın köməyi ilə təmizləmə işlərinə başlanılmışdır.Daha sonra şəhərimizin Heydər Əliyev prospektində, akademik Zərifə Əliyeva küçəsində, Həzi Aslanov və Qala xiyabanlarında, “Ləvəngi” avtovağzalı, dəmiryolu vağzalı ərazilərində, Gərmətük dairəsində, bir sözlə əhalinin gediş-gəlişi intensiv olan küçələrdə yollar qardan təmizləndi, şose yolları boyunca yeni əkilmiş palma ağaclarının budaqlarının qarı çırpıldı.
 

Keçidlər