Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Liman şəhərində küçələr asfaltlanır

11 iyun 2020 | 16:00

Koronavirus pandemiyasının çətinliklərinə baxmayaraq Lənkəran şəhəri ilə yanaşı rayonunun ayrı-ayrı yaşayış məntəqələrində də abadlıq-quruculuq işləri davam etdirilir, infrastruktur yaxşılaşdırılır. Davamlı olaraq həyata keçirilən abadlıq və mədəni quruculuq işləri rayonun Liman şəhərinin də görkəmini xeyli dəyişmişdir. Şəhərdə küçə və səkilər, suötürücü kanallar müntəzəm olaraq təmizlənir, dezinfeksiya olunur, barı və hasarlar suvaqlanaraq rənglənir, yaşıllaşdırma işləri aparılır. Bu günlərdə şəhərin əsas küçələrindən biri olan R.Rza küçəsi asfaltlanıb, ərazidə xeyli səliqə-sahman işləri görülüb. Görülən işlərlə yerindəcə tanış olmaq üçün R.Rza küçəsinə baş çəkən İcra başçısı Taleh Qaraşovu sevinclə qarşılayan sakinlər onlara göstərilən diqqət və qayğıya, xüsusilə karantin dövründə imkansız ailələrə, həssas qrupa aid vətəndaşlara dövlət tərəfindən və Heydər Əliyev Fondunun xəttilə göstərilən maddi və mənəvi dəstəyə görə Ölkə Prezidentinə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə ediblər. Xüsusilə yaşadıqları R.Rza küçəsinin uzun illərdən sonra əsaslı şəkildə təmir olunub asfaltlanmasından məmnun olduqlarını bildiriblər. Sakinlərlə tibbi maska taxaraq fərdi qaydada təmas məsafəsində görüşüb söhbət edən İcra başçısı onların qayğıları ilə maraqlanmaqla yanaşı koronavirus pandemiyası ilə əlaqədar rayonda elan olunmuş karantin rejiminin tələblərinə əməl olunmasının vacibliyini, hər bir sakinin tibbi qoruyucu vasitələrdən, maska və digər ləvazimatlardan istifadəsinin zəruriliyini, özünü, doğmalarını və qohum-qonşularını dəhşətli bəladan mühafizə etməyə, sağlamlıqlarını qorumağa borclu olduğunu qeyd edib. Ölkə Prezidentinin səfərləri və görüşləri zamanı şəxsən qoruyucu maskadan istifadə etməsini ən gözəl nümunə kimi  xüsusi vurğulayan İcra başçısı hamını bu nümunədən ibrətamiz şəkildə bəhrələnməyə, qapalı guşələrdə, marketlərdə, iaşə və ticarət obyektlərində,  ictimai nəqliyyatda mütləq şəkildə tibbi maskalardan istifadə etməyə çağırmışdır.

Keçidlər