Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN DÖVLƏT HUMANİTAR KOLLECİNDƏ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLDİ

15 dekabr 2012 | 16:00

Dekabrın 14-də Lənkəran Dövlət Humanitar Kollecində “Müəllim hazırlığının müasir problemləri: təhsildə elmi və texnoloji innovasiyalar” mövzusunda elmi-praktik konfrans keçirildi.
Konfransı giriş sözü ilə kollecin direktoru Şaban Şəfiyev açaraq konfrans iştirakçılarını salamladı və kollecin keçdiyi 88 illik şərəfli tarixi haqqında qısa məlumat verdi.
Sonra kollecin pedaqogika müəllimi, “Pedaqogika və psixologiya” fənn komissiyasının sədri Almaz Əbilova “Müasir təlim texnologiyaları və innovasiyalar” mövzusunda məruzə etdi.
Məruzə ətrafında çıxışlar oldu. LDHK-nin tarix müəllimi Qətilə Şükürova “Müəllim hazırlığının komponentləri: özünü təşkil komponenti”, Lənkəran Dövlət Universitetinin kafedra müdiri, pedaqoji elmlər namizədi, dosent Afiq Əliyev “Təlim prossesinin idarə olunmasının texnoloji əsasları”, Lənkəran şəhər 6 saylı tam orta məktəb-liseyin direktoru, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Akif Xalıqov “Müəllim hazırlığında müasir kurikulumların imkanları” və Lənkəran Şəhər Təhsil Şöbəsinin metodisti Səriyyə Kələntərli “Təlim metodlarının xarakterik xüsusiyyətləri” mövzularında çıxış etdilər.
Konfransda həmçinin Astara Dövlət Pedaqoji Kollecinin direktoru, fəlsəfə elmlər doktoru Əlihəsən Həmzəyev və Lənkəran Şəhər Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov çıxış edərək müzakirə olunan mövzu ilə əlaqədar fikirlərini söylədilər, təklif və rəylərini bildirdilər.
 

Keçidlər