Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda baramaçılıqda bol məhsul gözlənilir

31 may 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin unudulmuş kənd təsərrüfatı sahələrinin dirçəldilməsi ilə bağlı tövsiyyə və tapşırıqlarına Lənkəran rayonunda da səylə əməl olunur. Rayonda yenidən inkişaf etdirilməyə başlanılmış belə sahələrdən biri də baramaçılıqdır. Şəhər İcra hakimiyyətinin rəhbərliyi ilə rayonda baramaçılığın inkişafı istiqamətində  görülən kompleks tədbirlər artıq öz bəhrəsini verir. Belə ki, barama qurdunun yem bazasını təmin etməkdən ötrü dövlət tərəfindən Çin Xalq Respublikasından gətirilərək kümçülərə paylanılmış tut tinglərinin əkilməsinə, vaxtında suvarılmasına və aqro-texniki qulluğuna ciddi nəzarət olunaraq məhsuldar tut bağları salınıb.  Ümumilikdə rayon ərazisində son 4 ildə 141200 ədəd tut tingləri əkilib. Eyni zamanda barama üçün yararlı olan yerli tut ağaclarına qulluq artırılmış, budama üsulu ilə onlar yararlı vəziyyətə gətirilmişdir. Baramaçılığın inkişafına göstərilən davamlı dövlət qayğısı kümçüləri bir daha ruhlandıraraq  təsərrüfatlarda bu gəlirli sahəni daha da genişləndirilməyə böyük həvəs oyatmışdır. Bu il rayonda 43 təsərrüfatda barama yetişdirilməyə başlanılıb. Baramanın normal bəslənməsindən ötrü təsərrüfatlarda kümçülər tərəfindən səliqəli yardımçı binalar, sığınacaqlar ayrılıb, normal temperatur və havalandırma şəraiti qurulub. Havaların əlverişsiz keçməsinə baxmayaraq böyük zəhmət bahasına yaradılmış bu  şərait ipək qurdlarının normal inkişafına və vaxtında bol məhsulun yetişməsinə tam təminat verir. Bundan başqa şəhər İcra hakimiyyəti başçısının təşəbbüsü ilə yaradılmış təcrübəli kümçülərdən və ixtisaslı mütəxəssislərdən ibarət işçi qrupunun üzvləri tez-tez təsərrüfatlarda olur, təcrübə mübadiləsi aparır və vəziyyətlə yerindəcə tanış olub lazımi tövsiyyələrini verirlər. Cari təsərrüfat ilində rayon üzrə 10 ton barama məhsulunun tədarükü proqnozlaşdırılır. Rayonda kifayət qədər barama yetişdirmək təcrübəsinə malik Liman ş, İstisu qəsəbə, Şilavar, şağlaser, Göyşaban, Vilvan, Zövlə, Səpnəkəran və digər kəndlərdə fəaliyyət göstərən  təsərrüfatlarda mütəxəssis rəylərini nəzərə alaraq həyata keçirilən səmərəli işlər rayon kümçülərinin əvvəlki illərdə olduğu kimi buildə yüksək kefiyyətli məhsul əldə edəcəklərinə əminlik yaradır.

Keçidlər