Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Dövlət-vətəndaş həmrəyliyinə töhfə: kölgədən işığa doğru

22 may 2020 | 16:00

Son illər ölkə iqtisadiyyatının dinamik inkişafının təmin olunması işləri ilə paralel olaraq, iqtisadi fəaliyyətin və gəlirlərin tam şəffaflaşdırılması istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilmişdir. Bu islahatlar “kölgə” iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə kiçilməsinə və rəqabət mühitinin daha da yaxşılaşmasına mühüm əsaslar yaratmışdır.  
Dövlət tərəfindən təkmil nəzarət və təşviqyönümlü mexanizmlərin geniş tətbiqi nəticəsində iqtisadi fəaliyyət sahələrində şəffaflığın ciddi şəkildə artmasına nail olunmuşdur.
Statistik məlumatlara görə, 2020-ci ilin I rübündə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar 21.3% artaraq 1.4 mlrd. manatı üstələmişdir.
Lənkəran rayonunda da ümumi məhsulun həcmində qeyri dövlət sektorunun xüsusi çəkisi cari ilin birinci rübündə 91,4   faizə çatmışdır. Qeyri-dövlət sektorunda isə ümumi məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə   3,2   faiz artmışdır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planının mühüm bir istiqaməti də iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılmasına yönəlib.
Rayonda koronavirus pondemiyası (COVİD-19) dövründə dezinfeksiya işlərinə və 65 yaşdan yuxarı şəxslərə xidmət göstərmək üçün 139 nəfər işçi kimi işə cəlb edilmişdir. 2020-ci ilin birinci rübünədək rayon üzrə Özünü Məşğulluq təlimlərinə 45 nəfər cəlb edilmişdir. Lakin pandemiya dövrü ilə əlaqədar keçirilən təlim kursları başa çatdırılmamışdır. Karantin dövrü bitdikdən sonra təlimlərin keçirilməsi davam etdiriləcəkdir.
Bununla yanaşı, dövlətimiz hətta qeyri-formal məşğulluq sahəsində fəaliyyət göstərən və “kölgə”də olan vətəndaşlarına belə ən çətin dövrlərdə sosial dövlət mövqeyindən çıxış edərək öz dəstəyini göstərir.
Aprelin 17-də Prezident cənab İlham Əliyev keçirdiyi videobağlantı formatında iclasda 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait verilməsini tapşırdı. Beləliklə, həmin dövründə işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa iki ay müddətində yaşayış minimumu həcmində (190 manat) birdəfəlik müavinətin verilməsi nəzərdə tutuldu.
O cümlədən Lənkəran rayonunda da aprel ayında 12 min 093 nəfərə “Azərpoçt” MMC-nin Lənkəran Filialı tərəfindən 190 manat birdəfəlik müavinat verilmiş, həmin vətəndaşlara müvafiq banklar tərəfindən may ayı üçün müavinatların plastik kartlarla verilməsi həyata keçirilir. 
Hazırda rayonda əmək qabiliyyətli ailə üzvünün formal sektorda işləməsi tələbi əsas şərtlərdən olan ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsi pandemiya dövründə genişlənmişdir. Beləki, aprel ayı da daxil olmaqla 1437 ailə (6169 ailə üzvü) də bu proqrama cəlb edilmişdir. Digər tərəfdən, əmək pensiyası alanların sayı 27 min 642, sosial pensiya və müavinət alan 15 min 570 nəfər şəxsə ödənişlərin davamlılığı təmin etdirlir.
Ölkə başçısının qeyd etdiyi kimi, “burada təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil. Biznes dairələri də öz məsuliyyətini dərk etməli və əyri yola getməməli, öz fəaliyyətini kölgədən çıxarmalıdırlar...”. Əks halda, əmək müqaviləsinin və şəffaf fəaliyyətin olmaması koronavirus dövründə olduğu kimi, vətəndaş üçün yeni həyat dərsinə çevriləcək.
Bütün bunları nəzərə alaraq  hazırda rayonumuzda iqtisadi fəaliyyətdə məsuliyyət və nizam intizama üstünlü verilir və bu istiqamətdə işlər davam etdiriləcəkdir.

Keçidlər