Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran rayonu Şağlakücə kənd sakini Məmmədov Rasim İdris oğlunun oğluna əlil arabası verilməsi ilə bağlı məsələsinə aydınlıq gətirildi

19 may 2020 | 16:00

Lənkəran rayonunun Şağlakücə kənd sakini Məmmədov Rasim İdris oğlunun oğluna əlil arabasının verilməsi ilə bağlı bildiririk ki, Lənkəran rayonunun Şağlakücə kənd sakini Məmmədov Rasim İdris oğlu hazırda Şağlakücə kəndində atasına məxsus olan evdə yaşayır. Ailəlidir, 4 uşağı vardır. Oğlu 2004-cü il təvəllüdlü Məmmədzadə Amin Rasim oğlu isə sağlamlıq imkanları məhdud olan 18 yaşına çatmayan şəxsdir. ƏƏSMN yanında DSMF-nin Lənkəran şəhər şöbəsi tərəfindən uşağa qulluğa görə anaya 200 manat müavinət verilir. R. Məmmədovun həyat yoldaşı Lənkəran RMX-da şəkərli diabet xəstəsi kimi qeydiyyatdadır, o, lazım olan dərman vasitələri ilə təmin olunur. Rasim Məmmədov orta təhsillidir, hazırda Şağlakücə kəndində yerləşən maşın təmiri emalatxanasında maşın ustası işləyir. R. Məmmədovun sağlamlıq imkanları məhdud olan oğlu A. Məmmədzadənin əlil arabası ilə təmin olunması ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinə heç bir müraciət daxil olmamışdır. R. Məmmədov 06 noyabr 2019-cu il tarixdə oğlunun əlil arabası ilə təmin olunması ilə bağlı Lənkəran şəhər Uşaq Poliklinikasına müraciət etmiş və onun müraciətinə 12 dekabr 2019-cu ildə Həkim məsləhət komissiyasında baxılmışdır. Vətəndaşa Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Mərkəzinə təqdim etmək üçün 24 dekabr 2019-cu il tarixdə təyinat əsasında 0284003AAH00 nömrəli bildiriş təqdim edilmiş, lakin R. Məmmədov bildirişi götürməkdən imtina etmişdir. Ona qanunvericilik izah edilərək sağlamlıq imkanları məhdud olan oğlunun adına verilmiş bildirişin 6 ay müddətində Respublika Tibbi-Sosial Ekspert Mərkəzinə təqdim edilməsinin vacibliyi diqqətinə çatdırlmasına baxmayaraq, o həkimlərin qərarı ilə razılaşmamışdır. 
Əlillərin araba və digər zəruri avadanlıqlarla təminatının şəhər və ya rayon İcra hakimiyyətlərinin səlahiyyətlərinə daxil olmadığı sayt rəhbərliyinin diqqətinə çatdırılır. 
Eyni zamanda şəhər İcra hakimiyyəti tərəfindən A.Məmmədzadənin əlil arabası ilə təmin olunması üçün zəruri sənədlərin toplanmasına və qısa müddətdə əlil arabası ilə təmin olunması ilə bağlı müvafiq tədbirlər göruldu.

Keçidlər