Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Könüllülər dövlət başçısının çağırışlarına cavab verərək onlara göstərilən etimadı doğrultmağa çalışırlar

19 may 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Lənkəranda dövlət qurumları və könüllü təşkilatlarının könüllülərinin əlaqələndirilmiş fəaliyyəti genişləndirilmiş şəkildə davam etdirilir.
Yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə pandemiya dövründə də rayonumuzdakı dövlət qurumları və könüllü təşkilatlarının könüllülərindən İcra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, Regional İnkişaf İctimai Birliyinin, Gənclər və İdman İdarəsinin rayon şöbəsinin, Gənclərin İnkişafı və Karyera Mərkəzinin və Dövlət Aqrar İnkişaf Mərkəzinin könüllüləri əlaqələndirilmiş formada fəaliyyət göstərirlər. Pandemiya dövründə yuxarıda adları göstərilən dövlət qurumları və könüllü təşkilatlarından təxminən 100-ə yaxın könüllü aktiv şəkildə görülən tədbirlərdə iştirak etmişdir və hal-hazırda da onların fəaliyyəti davam edir.
Qeyd etmək istərdik ki, Lənkəran Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının  rayon təşkilatının, Gənclərin İnkişafı və Karyera Mərkəzinin könüllüləri pandemiya dövründə rayonda həyata keçirilən tədbirlərdə fəal iştirak edirlər. Belə ki, adları qeyd olunan dövlət qurumları və digər təşkilatların könüllüləri Heydər Əliyev Fondu tərəfindən və  yerli xeyriyyəçilər tərəfindən imkansız şəxslərə verilən 10000-ə yaxın ərzaq yardımının çatdırılmasında iştirak etmiş, vətəndaşlara maska və spirt paylanılmasında, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə vətəndaşlar arasında maarifləndirmə işinin aparılmasında, vətəndaşlara metodik vəsaitlərin paylanması və obyektlərə, küçələrə metodik vəsaitlərin yapışdırılmasında fəal iştirak etmişlər və hal-hazırda iştirak etməkdə davam edirlər.
Rayon İcra hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Lənkəran rayon təşkilatı və Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin sosial işçiləri ilə birgə yaşı 65-dən yuxarı olan tənha şəxslərə və yardıma ehtiyacı olan ahıllara ərzaq yardımlarının paylanmasında, yaşı 65-dən yuxarı olan tənha şəxslərə zəruri ehtiyaclarının qarşılanmasına, vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərmişdirlər.
Şəhər Təhsil şöbəsinin Təhsilə İctimai Dəstək Qrupunun könüllü müəllimləri şagirdlərə virtual dərslərin keçirilməsində aktiv iştirak edərək könüllü dərs tədris edirlər.
5 may 2020-ci il tarixdən hal-hazıradək rayonumuzda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə vətəndaşlar arasında çox fəal şəkildə maarifləndirmə işi aparılır. Mobil qruplar tərəfindən “Karantin rejiminin yumuşaldılması, karantin rejiminin ləğv edilməsi demək deyil” devizi altında aparılan könüllü fəaliyyətdə vətəndaşların maarifləndirilməsi, onlara spirt və tibbi maska paylanılmasında dövlət qurumlarının işçiləri ilə yanaşı İcra hakimiyyəti, Yeni Azərbaycan Partiyası rayon təşkilatı və Gənclərin İnkişafı və Karyera Mərkəzindən ümumilikdə 30-dan çox könüllü iştirak edir.
Ümumilikdə rayon gənclərinin, xüsusilə də könüllülərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına öz əməli işləri ilə cavab verərək pandemiya dövründə dövlətə və dövlətçiliyə sədaqətlərini bir daha nümayiş etdirmişlər.

Keçidlər