Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Korrupsiya ilə mübarizənin sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması ilə bağlı tədbirlər davam etdirilir

12 may 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2018-ci ildə başlanılmış və dövlət idarəçəliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları 2019-cu ilin sonlarına doğru daha geniş vüsət almış və 2020-ci ildə də intensiv şəkildə davam etdirilməkdədir.
Aparılan islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Bu sahədə əldə edilmiş uğurlar – dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktları da müşahidə olunmuşdur. Bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zəruri olmuşdur.
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin yüksək vəzifəli şəxsləri, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi təmin olunmuşdur.
Cənab Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarılması, rüşvət və korrupsiya hallarına son qoyması barədə Lənkəran rayonunda da qanunvericiliyin tələblərinə uyğun  tədbirlər görülməkdədir. Belə ki, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı əvvəlki dövrlərdə keçirtdiyi ümumrayon tədbirlərində və son iki ayda  keçirtdiyi video müşavirələrdə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipal mövqeyini bir daha idarə, müəssisə, təşkilat rəhbərlərinin, eyni zamanda qəsəbə, kənd icra nümayəndələrinin  diqqətinə  çatdırmışdır. T.Qaraşov öz çıxışlarında cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən şəxslər barədə ciddi tədbir görəcəyini və belə şəxslərin qanunun tələbləri qarşısında cavab verməli olacaqlarını bir daha vurğulamışdır.
Rayonda vəzifəli şəxslərin yol verdiyi neqativ hallar barədə məlumatı olan vətəndaşlardan  Lənkəran Şəhər İcra Hakimiyyətinin qaynar xəttinə zəng vurması xahiş olunur.

Keçidlər