Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın İcra başçısı şəhərdə karantin rejiminin vəziyyəti ilə tanış olub

12 may 2020 | 16:00

Mayın 12-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və İcra aparatında yaradılmış operativ qərargahın üzvləri ilə birgə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin vəziyyəti ilə yerindəcə tanış olmaq üçün növbəti dəfə Lənkəran şəhərinin müxtəlif ərazilərinə baş çəkib. Şəhərdə piyada gəzən İcra başçısı şəhər avtovağzalında, mərkəzi bazarda, küçə və meydanlarda, bankların qarşısında, marketlərdə olub qarşılaşdığı vətəndaşlarla, satıcılarla, nəqliyyat işçiləri ilə söhbət edib qayğı və problemləri, karantin rejimi qaydalarına əməl olunması vəziyyəti ilə yerindəcə maraqlanıb. Söhbət zamanı İcra başçısı T.Qaraşov ölkə prezidenti cənab İlham Əliyevin səyləri ilə koronavirus xəstəliyinin əhalinin sağlamlığına vura biləcək zərərin qarşısının alınmasından ötrü bütün zəruri tədbirlərin vaxtında görüldüyünü diqqətə çatdırmaqla bir daha vətəndaşları karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etmələrinin, tibbi-mühafizə vasitələrindən, maska və əlcəklərdən müntəzəm istifadə olunmasının, adamlar arasında təmas məsafəsinin gözlənilməsinin, əsasən bankların qarşısında xüsusi  işarələnmiş yerlərdə dayanıb növbə gözləməyin vacibliyini bir daha qeyd edib. İcra başçısı tətbiq olunan karantinin, qarşıya qoyulan tələblərin yalnız əhalinin sağlamlığının qorunmasına və koronavirus pandemiyasının törədə biləcək faciəvi nəticələrini qabaqlamağa xidmət etdiyini ətraflı izah edərək sakinləri bütün bunlara riayət etməyə çağırıb.  İcra başçısının çağırışını rəğbətlə qarşılayan sakinlər koronavirus pandemiyası ilə mübarizədə ölkə Prezidenti cənab İlham Əliyevin vaxtında qəbul etdiyi qərarları alqışladıqlarını,karantin dövründə həm dövlət tərəfindən, həm də Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrə göstərilən maddi və mənəvi qayğıya görə minnətdarlıq edib karantin rejiminin tələblərinə bundan sonra da əməl edəcəklərinə söz veriblər. Görüş və söhbətlər zamanı müxtəlif şəxslərə maskalar paylanıb.

Keçidlər