Lənkəran ŞİH-də Prezident cənab İlham Əliyevin məruzə və nitqlərində ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə bağlı fikirlərinin dolğun şəkildə əhaliyə çatdırılması məqsədilə video müşavirə keçirilmişdir.
08 may 2020-ci il tarixində Lənkəran Şəhər İcra Hakimiyyətində İcra hakimiyyəti başçısı aparatının müvafiq şöbələrinin rəhbərlərinin və inzibati ərazi dairələrinin nümayəndələrinin iştirakı ilə videobağlantı vasitəsi ilə müşavirə keçirilmişdir. Müşavirədə 2020-ci il 04 may tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans vasitəsi ilə keçirilmiş Zirvə görüşünə dair tezislər dinlənilmişdir.
Azərbaycanın 2011-ci ildə Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunması, hərəkata üzv ölkələrin 2016-cı ildən Venesuelada keçirilmiş zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi, BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, həmçinin Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi müşavirə iştiraçılarının nəzərinə çatdırılmışdır.
Eyni zamanda Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Arifqızı qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə dövlətlərin, eləcə də bir sıra beynəlxalq və regional institutların çaşqınlıq içərisində qaldığı dövrdə, qlobal liderliyə ehtiyac duyulduğu bir şəraitdə ölkə Prezidenti cənab İlham Əliyevin həmrəylik nümayiş etdirərək müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail olduğunu, habelə Zirvə görüşündə bu qədər ölkənin iştirakının Azərbaycan Prezidentinin şəxsi nüfuzunun, siyasi təcrübəsi və uğurlu siyasətinin nəticəsi və dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsə görə Prezidentimizə təşəkkürün öz əksini tapmasını müşavirə iştirakçılarına bildirdi. Sadalanan faktların Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın dünya miqyasında nüfuzunu daim artdığının göstəricisi olduğu bir daha vurğulandı.