Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda dezinfeksiya işləri daha da gücləndirilib

03 may 2020 | 16:00

Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya təhlükəsi ilə əlaqədar Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində karantin müddətini mayın 31-ə qədər uzatması ilə bağlı qəbul etdiyi qərardan sonra  Lənkəran şəhərində təmizlik-dezinfeksiya tədbirlərinə və karantin rejiminin tələblərinə əhali tərəfindən riayət olunmasına diqqət daha da artırılıb. Mayın 3-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi texnikaları vasitəsilə şəhərin 35 prospekt və küçələrinin, habelə koronavirus epidemiyasının yayıldığı ehtimal edilən 3 kənddə: Şağlaser, Şilavar və Digah kəndlərinin yolları və şəhər İcra hakimiyyətinin  şəhər təsərrüfatına aid xidmət təşkilatlarının və eləcədə Gigeyina və Epidemiologiya Mərkəzinin Lənkəran şöbəsinin texniki avadanlıqları ilə park və meydanlar, çoxmənzilli yaşayış binalarının həyətləri, binaların girişləri və liftləri xüsusi dərman preparatları ilə yuyularaq növbəti dəfə dezinfeksiya olunub.  Mayın 31-ə qədər rayonun bütün yaşayış məntəqələrində mütəmadi olaraq dezinfeksiya işləri və karantin-sanitariya qaydalarının əhali arasında geniş təbliği ilə bağlı izahat işləri davam etdiriləcəkdir. Hazırda Lənkəranda koronavirusla bağlı vəziyyət nəzarət altındadır.

Keçidlər