Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov növbəti onlayn müşavirə keçirib

02 may 2020 | 16:00

Mayın 2-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə növbəti videobağlantılı onlayn müşavirə keçirib.
      Müşavirədə İcra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən  mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin videoformatda qəbulundan söz açaraq tədbir iştirakçılarını ölkə rəhbərinin tələb və göstərişlərinə əməl etməyə, onları öz vəzifə səlahiyyətlərinə ciddi yanaşmağa, nöqsanlardan nəticə çıxarmağa çağırıb. Eyni zamanda müşavirədə rayonda karantin müddətinin uzadılması ilə əlaqədar karantin qaydalarına ciddi şəkildə riayət olunmasına, vətəndaşlara zəruri hallarda verilən icazələrin qanunamüvafiqliyinə, həssas qruplara aid ailələrə, ədalətli şəkildə müəyyən olunmuş ehtiyaclı şəxslərə dövlət yardımlarının və ərzaq paylarının vicdanla və xüsusi nəzarət qaydasında çatdırılmasına diqqətin artırılması  tapşırılıb. Müşavirədə həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 1-ə olan məlumatı barədə də ətraflı söhbət aparılaraq koronavirus (COVİD-19) pandemiyasından əhalinin qorunması üçün atılan addımların bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulanmış, Bakı, Sumqayıt, Gəncə şəhərləri ilə yanaşı Lənkəranda da hələlik pandemiya təhlükəsinin sovuşmadığı, məhz bu səbəbdən rayonda karantin müddətinin mayın 31-dək uzadıldığını diqqətə çatdırılaraq mövcud reallıqlar nəzərə alınmaqla şəhərdə və rayon ərazisində təmizlik və dezinfeksiya işlərinin davam etdirilməsi,  bütün yaşayış məntəqələrində karantin rejiminin tələblərinin daim diqqətdə saxlanılmaqla Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələrinin müntəzəm olaraq  əhaliyə çatdırılması istiqamətində maarifləndirmə işlərinin davam etdirilməsinin vacibliyi xüsusi qeyd olunub.

Keçidlər