Lənkəran Şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə rayon ərazisində sahibkarlıq subyektləri əməkdaşlarının, fermerlərin və gənclərin iştirakı ilə video-konfrans təşkil olunmuşdur
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans müşavirədə Pandemiya dövrundə kənd təsərrüfatının emalı sahəsinə daha çox diqqətin yetirilməli olduğu barədə nitqini rəhbər tutaraq Gənclər və İdman Naziri cənab Azad Rəhimovun və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşovun tövsiyəsi ilə video-konfrans həyata keçirilmişdir
Konfransda Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə, Iqtisadi Islahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalının meneceri Ayxan Qədəşov, Worldef Business School Orxan İsayev CEO, Lənkəran DAİM-nin direktor əvəzi Alim Məmmədov, “Rabitəbank” ASC-nin Lənkəran şəhər filialının direktoru Elçin Adiyev, KOB Agentliyinin Lənkəran nümayəndəliyinin rəhbəri Sabir Zeynallı, Freelancer Baku qrupunun rəhbəri, 7Gözəl Fashion Show- nun PR və marketinq direktoru Könül Əhmədova, sahibkarlıq subyektləri əməkdaşları, fermerlər və gənclərin iştirakı təmin olunmuşdur.
Konfransda pandemiya dövründə müasir rəqəmsal həll yolları vasitəsi ilə özünəməşğulluğun təmin olunması, “Azexport.az portalının imkanları, rəqəmsal marketinq” və kənd təsərrüfatı məhsullarının istehsalında dövlət dəstəyi mexanizimləri barədə maarifləndirici söhbətlər aparılmış və gəncləri maraqlandıran suallar cavablandırılmışdır. Eyni zamanda Hirkan sitrus təsərrufatının rəhbəri Murad İbrahimov gənc sahibkar olaraq öz fəaliyyəti barədə gənclərə stimullaşdırıcı tövsiyələr vermişdir.
Video-konfransı aşağıdakı linkə daxil olmaqla izləmək mumkundur.
https://www.youtube.com/watch?v=Bhn1WPd7Upw&t=5s