Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İCRA BAŞÇISI ONLAYN MÜŞAVİRƏ KEÇİRİB

24 aprel 2020 | 16:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonun rəhbər işçilərinin və inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirkı ilə videobağlantı vasitəsilə müşavirə keçirib.
      Müşavirədə rayonda koronavirus (COVID-19) pandemiyası ilə bağlı həyata keçirilən mübarizə tədbirləri müzakirə olunub.
       Məlumat verilib ki, şəhər və rayon ərazisində  mütəmadi olaraq koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işləri aparılır, karantin rejimi dövründə maddi yardıma ehtiyacı olan ailələrin, o cümlədən 65 yaşdan yuxarı vətəndaşların  qayğıları daim diqqət mərkəzində saxlanılır.
      Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələrinin ərazilərdə əhaliyə çatdırılması istiqamətində lazımi tədbirlərin görülməsi, xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə riayət olunması, sakinlər arasında fərdi qaydada maarifləndirmə işlərinin aparılması ilə bağlı göstərişlərini verən İcra başçısı T.Qaraşov kənd və qəsəbələrdə dezinfeksiya işlərinə nəzarətin gücləndirilməsinin, mobil qrupların köməyi ilə sakinləri maraqlandıran bütün məsələlərə həssaslıqla yanaşılmasının vacibliyini qeyd edib.
       Onlayn müşavirədə həmçinin ərazi icra nümayəndələrinə hər bir ailənin, xüsusilə 65 yaşdan yuxarı olan şəxslərin yaşadığı ailələrin nəzarətə götürülməsi, əhalinin sıx toplaşdığı ərazilərdə təmas imkanlarının minimuma endirilməsi, vətəndaşların yalnız ciddi ehtiyac duyulduğu təqdirdə evlərindən çıxmaları ilə bağlı müvafiq tapşırıqlar verilib.

Keçidlər