Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR

14 dekabr 2012 | 16:00

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının ”Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya”sı, şəhər təhsil şöbəsi ilə birlikdə 13 dekabr 2012-ci il tarixində Heydər Əliyev mərkəzində ümumtəhsil orta məktəblərin sinifdənxaric və məktəbdənkənar tərbiyəvi təşkilatları, psixoloq və uşaq birliyi təşkilatı rəhbərləri üçün “Məktəblilərin təhsilə cəlb edilməsi üçün nə edilməlidir?” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbiri giriş sözü ilə psixoloqların koordinasiya şurasının sədri, Lənkəran şəhər 5 saylı tam orta məktəbin psixoloqu Könül Manafova açaraq, Ümummilli Lider Heydər Əliyevin milli və ümumbəşəri dəyərlərin qorunması, dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi naminə gördüyü işlərdən söhbət açdı. Sonra şəhər İcra hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi-Yetkinlik yaşına çatmayanlarla işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Emin Quliyev uşaqlarla bağlı dövlət siyasətinin müəyyənləşdirilməsi, uşaqlarla bağlı hüquqi institusional bazada edilmiş dəyişikliklər və məktəblilərin icbari təhsil hüquqlarının təmin edilməsi barədə məlumatlar verdi. Qanunvericilik sistemində edilən dəyişiklərin yerlərdə tətbiqi üçün ümumtəhsil orta məktəblərin sinifdənxaric və məktəbdənkənar tərbiyəvi təşkilatların, psixoloqların və uşaq birlikləri təşkilatı rəhbərlərin xüsusi rolu olduğu qeyd edildi . Tədbirdə fikir mübadiləsi zamanı tərbiyə işinin təşkilində müasir metodlardan istifadə edilməsinin zəruri olduğu bildirildi. Yaradılmış Koordinasiya Şurası tərəfindən müvafiq təşkilatların fəaliyyətinin əlaqələndirilməsi üçün tədbirlər planının hazırlanması təklif olundu. Şəhər təhsil şöbəsinin aparıcı məsləhətçisi Ramin Hücətov, Şəhər Rayon Polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işlərin təşkili qrupunun baş inspektoru kapitan Kəmaləddin Adıgözəlov və şəhər gənclər və idman idarəsinin aparıcı məsləhətçisi Əli Nurullayev də bu məsələyə öz münasibətini bildirdikdən sonra Heydər Əliyev Mərkəzinin direktoru Seyidzadə xanım Cavadova uşaq hüquqlarının müdafiəsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin irsinin təbliğ edilməsinin vacibliyini vurğuladı. Sonda tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyev Mərkəzinin elektron kitabxanası, muzeyi və digər bölmələri ilə tanış oldular.
 

Keçidlər