Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda karantin günlərində humanist təşəbbüslər geniş vüsət alır

16 aprel 2020 | 16:00

Koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri ölkəmizin hər yerində olduğu kimi Lənkəran rayonunda da  ardıcıl olaraq davam etdirilir. Rayonda dezinfeksiya işləri ilə yanaşı təhlükəli xəstəlikdən qorunmaq məqsədilə “evdə qal” kompaniyası çərçivəsində sakinlərlə maarifləndirici işlər də aparılır, vətəndaşlara  karantin qaydalarına riayət edilməsinin zəruriliyi dönə-dönə izah olunaraq özlərinin və ailə üzvlərinin sağlamlığı naminə dövlətin müəyyən etdiyi sosial izolyasiya tələblərinə ciddi əməl etmələri tövsiyə olunur. Bütün bunlarla yanaşı karantin dövründə imkansız ailələrə, xüsusilə yaşı 65-dən yuxarı olan ahıl, kimsəsiz vətəndaşlara yardımların olunması ilə bağlı şəhər İcra hakimiyyətinin təsəbbüsünə qoşulan təşkilatların da sayı getdikcə artır. Rayonun idarə, müəssisə və təşkilatları,  iş adamları bu təşəbbüsə qoşularaq karantin qaydalarına riayət edən, maddi yardıma ehtiyacı olan ailələrə köməkliklər edirlər. Lənkəran şəhərində fəaliyyət göstərən “Nur” MMC və “Green East” MMC-də bu humanist təşəbbüsə qoşularaq 200 ailəyə ərzaq yardımları paylamışdır. Rayonda aztəminatlı ailələrə ərzaq paylarının verilməsi davam etdirilir.

Keçidlər