Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Koronavirus pandemiyasına qarşı gənclər üçün maarifləndirici onlayn görüş

14 aprel 2020 | 16:00

Lənkəran Şəhər Gənclər və İdman İdarəsi  və  Lənkəran Gənclərin İnkişaf və Karyera Mərkəzinin  birgə təşkilatçılığı ilə,  Şəhər Rayon  Polis Şöbəsi  və  Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi ilə birgə  əsrin bəlası olan koronavirus pandemiyasına qarşı gənclər üçün maarifləndirici  onlayn  görüş keçirildi.  Görüşdə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə,  Lənkəran Gənclərin İnkişaf və Karyera Mərkəzin direktoru Famil Məmmədov, Lənkəran Şəhər Gigiyena və  Epidemiologiya şöbəsinin şöbə müdiri   Xəlil Xəlilov və  Lənkəran Şəhər Rayon  Polis  Şöbəsinin inspektoru Toğrul  Əhədzadə  iştirak etmişdir.
Onlayn  seminarda   cənab Prezident İlham Əliyev və  Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın rəhbərliyi ilə vaxtında görülən  qabaqlayıcı tədbirlərin nəticəsi olaraq ölkədə xəstəliyin geniş yayılmasının qarşısının alındığı gənclərin diqqətinə çatdırıldı.   Lənkəran Şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən mövcüd vəziyyətlə əlaqədar rayonda görulmuş işlər,  şəxsi gigiyena və  karantin qaydaları haqqında gənclərə ətraflı məlumat verildi. Eyni zamanda  bu qaydalara əməl olunmasının vacibliyi,  Gənclər və İdman Nazirliyi tərəfindən onlayn qaydada həyata keçirilən gənclərin  karantin rejimində   asudə vaxtlarının səmərəli keçirilməsindən ötrü  müxtəlif  onlayn layihələrdə,   görüşlərdə  və  seminarlarda  iştirakı tövsiyə edilmişdir.

Keçidlər