Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran İndoneziyanın Boqor şəhəri ilə qardaşlıq əlaqələri qurur

14 mart 2020 | 16:00

  Lənkəranın qardaşlıq əlaqələri qurmağa hazırlaşdığı növbəti şəhər İndoneziyanın Qərbi Yava əyalətinin Boqor şəhəridir. Bu münasibətlə 14 mart 2020-ci il tarixdə İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, professor, doktor, H.Husnan Bey Fananienin və İndoneziyanın Qərbi Yava əyalətinin Boqor şəhərinin İcra hakimiyyətinin başçısı Bima Arya Sugiartonun başçılıq etdiyi nümayəndə heyəti Lənkəran şəhərinə işgüzar səfərə gəlib. Lənkəran ŞİH başçısı Taleh Qaraşov tərəfindən qəbul olunan qonaqlara Lənkəranın tarixi, təbiəti, təsərrüfat həyatı və sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətlər barədə ətraflı məlumat verilib. Səfir və Boqor şəhərinin İcra hakimiyyətinin başçısı  səmimi qəbula görə minnətdarlıq edərək Boqor şəhərinin Lənkəranla  qardaşlıq  əlaqələrinin qurulmasının hər iki ölkənin döstluq və əməkdaşlıq münasibətlərinin inkişafına yeni töhfə olacağını bildiriblər. Sonra tərəflər arasında təhsil, kənd təsərrüfatı və turizm sahəsində  gələcək əməkdaşlıq əlaqələri və təcrübə mübadilələr ilə bağlı fikir mübadiləsi aparılaraq göstərilən sahələr üzrə qarşılıqlı əməkdaşlığın qurulmasının əhəmiyyəti diqqətə çatdırılıb. Görüşün sonunda  Lənkəranla Boqor şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması ilə bağlı niyyət məktubu imzalanıb. Qəbuldan sonra nümayəndə heyətinin üzvləri  Heydər Əliyev Mərkəzində bir qrup yerli iş adamı ilə görüşüb söhbət ediblər. Söhbət zamanı iş adamlarına Boqor şəhərinin iqtisadiyyatı və təsərrüfat həyatının müxtəlif sahələri barədə ətraflı məlumat verən  Bima Arya Sugiarto eyni zamanda sahibkarları maraqlandıran sualları da cavablandırıb. Sonra İndoneziyalı qonaqlar Heydər Əliyev parkı, Heydər Əliyev Mərkəzinin müzeyi, Tarix-diyarşünaslıq müzeyinin yerləşdiyi Xan evi, Xalça fabriki, “Green east” çəltikçilik təsərrüfatı, “Yaşıl çay” fermer təsərrüfatının çay plantasiyaları, “Hallobonq” sitrus təsərrüfatı, İstisu müalicə və istirahət mərkəzi və digər görməli yerlərlə tanış olublar. Həmin gün İndoneziyalı qonaqların şərəfinə rayonda istehsal olunmuş ərzaq məhsullarından yerli mətbəxə uyğun hazırlanmış nahar süfrəsi açılmışdır. Nahardan sonra qonaqlar Bakı şəhərinə yola düşüblər.

Keçidlər