Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Xocalı dəhşətləri ” adlı tədbir keçirildi

26 fevral 2020 | 16:00

25-26 fevral 2020-ci il tarixlərində Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin  birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Xocalı dəhşətləri ” adlı tədbir keçirildi. Məktəbli, tələbə və gənclərin iştirak etdiyi anım mərasimində iştirakçılar öncə Lənkəran şəhərində azərbaycanlıların soyqırımı qurbanları xatirə parkındakı  abidə-kompleksin önünə gül dəstələri düzərək, faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam edib. Heydər Əliyev memorial muzeyi ilə tanış olduqdan sonra tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova açaraq, bu faciənin insanlığa sığmayan dəhşətlərini və bu vəhşiliklərin ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin böyük əməyi olduğunu, məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verildiyini bildirmişdir.
Sonra çıxış edən Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliyinin direktoru Famil Məmmədov öz çıxışında Xocalıda baş verən erməni amansızlıqlarından, günahsız qurbanlardan, zaman-zaman erməni şovinistlərinin törətdiyi vəhşiliklərdən bir daha söz açmışdır.  
Daha sonra anım mərasimində gənclər tərəfindən Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunmuş, və Xocalı dəhşətlərini özündə əks etdirən film izlənilmişdir.
Mərasim “Xocalı faciəsi uşaqların gözü ilə” adlı rəsm sərgisi ilə yekunlaşmışdır.

Keçidlər