Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın İcra başçısı növbəti səyyar qəbulunu keçirib

12 fevral 2020 | 16:00

 Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov 2020-ci ildə növbəti  səyyar qəbul görüşünü fevralın 12-də rayonun Kərgəlan inzibati ərazi dairəsində keçirib. Şəhər İcra hakimiyyəti başçısı aparatının rəsmilərinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət idarələrinin rəhbər işçilərinin iştirak etdiyi səyyar qəbulda vətəndaşların müraciətləri həssaslıqla dinlənilərək qaldırılan məsələlər aidiyyəti qurumların rəsmilərinin iştirakı ilə yerindəcə araşdırılıb və həlli ilə bağlı tədbirlər müəyyən edilib. İcra başçısının səyyar qəbul keçirməsindən məmnun qalan sakinlər müraciətlərinə verilən diqqətə, qaldırdıqları məsələlərin vaxtında həll olunmasına, mərkəzi yolun başdanbaşa asfaltlanmasına, kəndin fasiləsiz təbii qaz və elektrik enerjisi ilə təchiz olunmasına, xüsusilə ilə qəzalı vəziyyətdə olan Darquba kənd tam orta məktəbi üçün ən müasir tələblərə cavab verən yeni yaraşıqlı çoxmərtəbəli məktəb binasının tikilməsinə, intensiv yağışlar zamanı subasmaya məruz qalan ərazilərdə kanal və kollektorların təmizlənməsinə görə  minnətdarlıqlarını bildiriblər. Çıxışlarda rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər, Ələt-Astara magistral yolunun istifadəyə verilməsi, Lənkəran-Lerik yolunun yenidən asfaltlanması, mədəni quruculuq tədbirləri, sahibkarlığın inkişafına verilən dəstək, xüsusilə kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən dövlət qayğısı yüksək dəyərləndirilib. Qeyd olunub ki, ötən təsərrüfat ilində dövlət qayğısı hesabına kənd kənd təsərrüfatı məhsulları istehsalçıları uğurlu nəticələr qazanıblar, fərdi təsərrüfatlarda iribuynuzlu və xırda buynuzlu mal-qaranın, arı ailələrinin sayı əvvəlki illərə nisbətən artıb, ailə təsərrüfatlarının gəlirləri çoxalıb.Görüşün sonunda İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı tövsiyyə və tapşırıqlarını bir daha aidiyyəti qurumların rəhbərlərinin diqqətinə çatdırıb.

 

Keçidlər