Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın İcra başçısı növbəti dəfə səyyar qəbul keçirib

31 yanvar 2020 | 16:00

  Vətəndaşların dövlət idarələrində maneəsiz qəbuluna və müraciətlərinə baxılmasına diqqətin artırılması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Lənkəranda da səylə icra olunur. Şəhər İcra hakimiyyətində keçirilən qəbullarla yanaşı vətəndaşlarla daha yaxından təmas qurmaq üçün icra başçısı qabaqcadan elan olunmuş  qrafikə uyğun olaraq inzibati ərazi dairələrindəki yaşayış məntəqələrində də səyyar qəbul-görüşlər  keçirir və aşkar olunan problem məsələləri  yerindəcə araşdırır. İcra başçısı Taleh Qaraşov növbəti belə səyyar qəbul-görüşünü 31 yanvar 2020-ci il tarixdə Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində şəhər sakinləri ilə keçirib. Şəhər İcra hakimiyyəti başçısı aparatının rəsmilərinin, təhsil, səhiyyə, mədəniyyət və xidmət idarələrinin rəhbər işçilərinin iştirak etdiyi səyyar qəbul zamanı sakinlərin səsləndirdikləri arzu və təkliflər, habelə fərdi müraciətlər həssaslıqla dinlənilmiş və qaldırılan məsələlər aidiyyəti üzrə məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.Səyyar qəbuldan razılıqlarını bildirən sakinlər əvvəllər qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri yüksək qiymətləndiriblər. Çıxışlarda Lənkəran şəhərinin sosial-iqtisadi inkişafı sahəsində görülən işlərə geniş yer verilərək vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması, daha rahat yaşamaları üçün həyata keçirilən mühüm sosial layihələrə görə ölkə Prezidentinə minnətdarlıqlar səsləndirilib. Qeyd olunub ki, son illərdə həyata keçirilmiş iri investisiya tutumlu layihələr, kütləvi qazlaşdırma, elektrik təsərrüfatının yenilənməsi, yeni yolların salınması, içməli su xətlərinin çəkilməsi, çoxmənzilli binaların dam örtüklərinin və fasadlarının əsaslı təmiri, yeni təhsil, səhiyyə, mədəniyyət obyektlərinin, istehsal müəssisələrinin tikilib istifadəyə verilməsi, işsiz vətəndaşın haqqı ödənilən ictimai işlərə cəlb olunması, sahibkarlıq subyektlərində yeni iş yerlərinin yaradılması, digər mədəni quruculuq işləri dövlət başçısının uğurla apardığı sosial islahatlar paketinin məntiqi nəticələridir. Sakinlər Lənkəran şəhərinin sürətlə abadlaşmasından, tarix-diyarşünaslıq müzeyinin yerləşdiyi Xan evinin, şəhər Mədəniyyət Mərkəzinin, Heydər Əliyev Xatirə parkının başdanbaşa yenidən qurulmasından, Gənclər evinin, Bayraq meydanın, 200 nəfərin işlədiyi Xalça fabrikinin, 150 nəfərin çalışdığı beynəlxalq səviyyəli İstisu Müalicə və İstirahət Mərkəzinin istifadəyə verilməsindən məmnunluq  ifadə ediblər. Sonda İcra başçısı müraciətlərdə  qaldırılmış məsələlərin qanunamüvafiq həllindən ötrü  aidiyyəti məsul şəxslərə tövsiyyə və tapşırıqlarını verib.

Keçidlər