Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş şahmat turniri keçirildi

15 yanvar 2020 | 16:00

15 yanvar 2020-ci il tarixində Lənkəran şəhər Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş məktəblilərin “20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir” adlı  şahmat turniri keçirildi. Turnir Lənkəran şəhər Heydər Əliyev Mərkəzi və Lənkəran Şahmat Məktəbinin birgə təşəbbüsü ilə baş tutdu. Turnirin əsas məqsədi məktəblilər arasında vətənpərvərlik və milli qəhrəmanlıq ruhunun aşılanması, sağlam həyat tərzinin, əzmkarlığın təbliğ edilməsi idi.
Öncə 20 Yanvar  şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Heydər Əliyev  Mərkəzinin direktoru Reyhanə Sadıxava, eləcə də Şahmat Məktəbinin müəllimləri Siruz Həsənli və Hikmət Şükürov 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Azərbaycanda baş verən qanlı hadisələrin tarixindən ətraflı danışdılar.
Daha sonra Mərkəzin direktoru turniri Ulu Öndər Heydər Əliyevin sözləri ilə açıq elan etdi: “Mən fəxr edirəm ki, bizim Azərbaycanın gözəl, göyçək, istedadlı balaları, övladları var. Fəxr edirəm ki, Azərbaycanın gələcəyi bu qədər gözəl təməl əsasında qurulur. Siz bugünkü həyatınızla, təhsilinizlə, öz istedadınızı inkişaf etdirməklə Azərbaycanın gələcəyinin binasını qurursunuz, böyük binanı qurursunuz. Müstəqil Azərbaycanın, daim müstəqillik içində  yaşayan Azərbaycanın böyük binasını qurursunuz”.
Yarışın sonunda qaliblər - I yer - 4 saylı məktəb-liseyin şagirdi Gülsənəm Ağayeva, II yer - 6 saylı məktəb-liseyin şagirdi İbrahim Bağırov, III yer 7 saylı tam orta məktəbin şagirdi İlkin Dadaşov Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin fəxri diplomları ilə mükafatlandırıldı.

Keçidlər