UŞAQ EVİNİN SAKİNLƏRİNƏ BAYRAM SOVQATLARI VERİLİB
31 dekabr 2019 | 16:00
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə şəhərdəki Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin balaca sakinlərinə 50 qutudan ibarət bayram sovqatları, o cümlədən müxtəlif növ şirniyyatlar təqdim olunub.
Bu münasibətlə keçirilən mərasimdə valideyn himayəsindən məhrum olan uşaqlar İcra başçısı Taleh Qaraşovun adından 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edilib, onlara xoş və mənalı həyat, təhsillərində uğurlar arzulanıb.