Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

SEPARADİ KƏNDİNDƏ ABİDƏ KOMPLEKSİNİN YENİDƏNQURMADAN SONRA AÇILIŞI OLUB

08 dekabr 2012 | 16:00

“Vətənpərvərliyə aid ucaldılan hər bir tarixi abidə, millətin gələcək nəsilləri üçün qurur mənbəyi, fəxri olmalıdır”. Bu fikirlər, Lənkəranda, 1941 – 1945 – ci illlərdə Böyük Vətən müharibəsində həlak olanların şərəfinə ucaldılan abidənin yenidənqurmadan sonrakı açılışında səsləndirilib.
Lənkəran rayonunun Separadi kəndində 1941 – 1945-ci illlərdə Böyük Vətən müharibəsində həlak olanların şərəfinə ucaldılan abidə kompleksinin yenidənqurmadan sonra açılışı olub.
Açılış mərasimi abidə önünə tər gül dəstələrinin düzülməsi ilə başlayıb. Tədbirdə Separadi kənd icra nümayəndəliyi, kənd bələdiyyəsi, Rusiyanın Nijni-Novqorod şəhərində fəaliyyət göstərən Azərbaycan Diasporunun sədri Tərlan Əliyev, kənd ağsaqqalları, veteranlar, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər bildiriblər ki, sovet dövründə yaradılan abidə kompleksinin əsaslı təmirə ehtiyacı var idi. Abidənin yenidən qurulması işini Azərbaycanın Nijni-Novqoroddakı Diaspora nümayəndəliyi öz üzərinə götürüb. Qısa müddət ərzində 1941 – 1945-ci illlərdə Böyük Vətən müharibəsində həlak olanların şərəfinə ucaldılan abidə kompleksi yenidən müasir səviyyədə qurulub kənd sakinlərinin istifadəsinə verilib. Abidə kompleksi həm park, həm də gələcək nəsillər üçün and yeri olacaq.
Açılış mərasimində məktəb şagirdləri vətənə aid şerlər səsləndirib.
Sonda imtiyazlı ailələrdən olan uşaqlara məktəbli formaları və dərs ləvazimatı hədiyyə edilib.
 

Keçidlər