Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA NÖVBƏTİ BAYRAM YARMARKASI

29 dekabr 2019 | 16:00

 Dekabrın 29-da Lənkəran rayonunun Velədi kəndi ərazisindəki meyvə bazarında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ərzaq və yeyinti məhsullarının satış yarmarkası keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə təşkil olunan yarmarkada əhalinin sərbəst alış-verişi üçün lazım olan şərait yaradılıb.
Bayram yarmarkasında ayrı-ayrı şirkətlərin, fermer təsərrüfatlarının nümayəndələri, fərdi təsərrüfatlarında yetişdirdikləri məhsulları satan yerli vətəndaşlar iştirak edib. Səhər saatlarından başlayan yarmarkaya əhalinin tələbatına uyğun olaraq ümumilikdə 30 tondan çox müxtəlif növ ərzaq və kənd təsərrüfatı məhsulları, o cümlədən yüksək keyfiyyətli yerli düyülər, çay, sitrus, meyvələr, şirələr və gündəlik ərzaq malları çıxarılıb.
Ekoloji cəhətdən təmiz olan kənd təsərrüfatı məhsulları bazar qiymətindən 25-30 faiz, yeyinti məhsulları isə 15-20 faiz aşağı qiymətlərlə təklif olunması rayon sakinləri tərəfindən razılıqla qarşılanıb. 
Günboyu davam edən bayram yarmarkasına Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmi şəxsləri baş çəkərək burada yaradılmış şəraitlə, habelə, məhsulların  keyfiyyəti və qiymətləri ilə maraqlanıblar.

Keçidlər