Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın İcra başçısı Liman şəhərində səyyar qəbul keçirib

11 dekabr 2019 | 16:00

 Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonun Liman şəhərində sakinlərlə səyyar qəbul-görüş keçirib. Səyyar qəbulda şəhər İcra hakimiyyəti başçısı aparatının rəsmi şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət idarələrinin və xidmət təşkilatlarının rəhbər işçiləri iştirak ediblər. Səyyar qəbul-görüşdə sakinlərin müraciətləri həssaslıqla dinlənilərək qaldırdıqları məsələlər onların iştirakı ilə ətraflı araşdırılıb və həlli ilə bağlı qanunamüvafiq tədbirlər müəyyənləşdirilib.Sakinlər səyyar qəbulların keçirilməsini əhaliyə göstərilən dövlət qayğısı və diqqəti kimi qiymətləndiriblər.Çıxışlarda qaldırılan məsələlərin yerindəcə araşdırılmasından və həllindən məmnunluq ifadə olunaraq ölkə rəhbərliyinin ünvanına minnətdarlıq səsləndirilib.Rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işlər, əhalinin fasiləsiz olaraq təbii qaz, elektrik enerjisi, içməli su ilə təchizi, yolların asfaltlanması, qış mövsumu ərəfəsində çoxmənzilli yaşayış binalarının  dam örtüklərinin əsaslı təmiri, yeni məktəb binalarının tikintisi ölkə başçısının uğurla apardığı islahatlar kursunun bəhrəsi kimi dəyərləndirilib. Qeyd olunub ki, son illərdə Liman şəhər inzibati ərazi dairəsinin inkişafı sahəsində də mühüm işlər görülüb, sakinləri narahat edən problemlər mütəmadi olaraq həll olunur, qəsəbənin mərkəzi yolu və şəhərdaxili küçələr  başdanbaşa asfaltlanıb, çoxmənzilli binaların dam örtükləri dəyişdirilib.Eyni zamanda ərazidə kənd təsərrüfatı işlərinin sürətləndiyi, yeni iş yerlərinin açıldığı, sakinlərin maddi-məişət şəraitinin yaxşılaşdığı diqqətə çatdırılıb. İcra başçısı səyyar qəbul-görüşü yekunlaşdıraraq müraciətlərdə səsləndirilən təkliflərin və fərdi xahişlərin həllindən ötrü  lazımi tədbirlərin görülməsi üçün aidiyyəti məsul şəxslərə tapşırıqlar verib.

Keçidlər