Lənkəranda Pəşəkar Biznes Klubunun təqdimatı keçirildi
11 dekabr 2019-cu il tarixdə Lənkəran Olimpiya İdman Kompleksində Lənkəran Şəhər Gənclər və İdman idarəsi,Lənkəran Peşə Liseyi və “Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin birgə təsis etdiyi “Pəşəkar” Biznes Klubunun açılışı-təqdimatı keçirildi.Tədbirdə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin,Lənkəran Peşə Liseyinin rəhbərlikləri, “Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, “İVY Group” prezidenti, Rabitəbank və Yelo Bankın Lənkəran filialının rəhbərləri,əməkdaşları, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin Lənkəran filialının rəhbəri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Lənkəran üzrə nümayəndəsi və könüllüləri, rayonda müxtəlif biznes fəaliyyəti ilə məşğul olan, eləcə də biznes ideyası olan ictimai-fəal gənclər iştirak edirdilər.Tədbiri giriş sözü ilə açan “Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Mehman Əliyev tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, müxtəlif qurumların birgə əməkdaşlığı nəticəsində təsis olunan “Pəşəkar” Biznes Klubunun yaradılması biznes fəaliyyəti ilə məşğul olan, eləcə də bu istiqamətdə ideya və təşəbbüsləri olan Lənkəran rayonunun,həmçinin regionun aktiv gənclərini bir araya yığmaq, cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq gənclərin sahibkarlıq fəaliyyətini dəstəkləməklə regionda sahibkarlıq mühitinin inkişafına təkan vermək məqsədi daşıyır. Daha sonra çıxış edənlər: Lənkəran Peşə Liseyinin direktoru Afər Kərimli son dövrlər ölkədə həyata keçirilən dövlət təhsil siyasətinin əsas istiqaməti kimi peşə təhsilində baş verən ən son yeniliklərdən,eləcə d' bu gün cəmiyyətdə peşə təhsilinə artan maraqdan danışdı. Daha sonra çıxış edənlər: Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əməkdaşı Sabir Zeynallı, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin Lənkəran filialının rəhbəri Raiq Əliyev təmsil etdikləri qrumların fəaliyyəti haqqında ətraflı məlumat verməklə yanaşı, təsis edilən “Pəşəkar” Biznes Klubu ilə əməkdaşlığa daim hazır olduqlarını bildirdilər.Çıxışlardan sonra tədbir “İVY Group” prezidenti Tamerlan Vahabovun mövzu ətrafında təqdimatı və gəncləri mövzu ilə bağlı maraqlandıran interraktiv diskusiya şəklində davam etdi.